Lyrics

Neçə müddətdir, əsirəm, həsrətəm cananə mən Nola, bu qəmxanədən axır çıxam bir yanə mən Məskənim künci-qəfəsdir binəva bülbül kimi Layiqi-zindan deyildim, düşmüşəm zindanə mən Ey vəfalı aşınalar, ey vəfalı aşınalar, pis günümdür, bir gəlin Bir qəribəm, acizəm, düşdüm nahaq böhtanə mən Vəfasız olmazdı Alim, vəfasız olmazdı Alim Qeyrilər öyrətdilər mərd ölüm xoşdur Mərd ölüm xoşdur Gədayə getmərəm dərmanə mən, a balam Aman, aman... Aman, ay dad... Aman... Ey Can qurban eyləsən, layiqdir, layiq Bir yar ki, mən sevsəm, söz qanan ola Can qurban eyləsən, layiqdir, layiq Bir yar ki, mən sevsəm, söz qanan ola Qaş ilə, göz ilə işarət qana İşarə qana Özünə deməmiş söz qanan ola Özünə deməmiş söz qanan ola Canım qurban olsun o əhli dilə, o əhli dilə Qaşların oynada, gözündən gülə, gözündən gülə Dilin tərpənməmiş dərdini bilə, dərdini bilə Özünə deməmiş, söz qanan ola Özünə deməmiş, söz qanan ola Yar özünə deməmiş, söz qanan ola Özünə deməmiş, söz qanan ola Ələsgər söyləyə söz müxtəsərin Ağlı kamil ola, kamalı dərin Ələsgər söyləyə söz müxtəsərin Ağlı kamil ola, kamalı dərin Hamı bir ağızdan deyə "afərin" Deyə "afərin" İstəsə, məclisdə yüz qanan ola İstəsə, məclisdə yüz qanan ola Canım qurban olsun o əhli dilə, o əhli dilə Qaşların oynada, gözündən gülə, gözündən gülə Dilin tərpənməmiş dərdini bilə, dərdini bilə Özünə deməmiş, söz qanan ola Özünə deməmiş, söz qanan ola Yar özünə deməmiş, söz qanan ola Özünə deməmiş, söz qanan ola Söz qanan ola
Writer(s): Aşıq ələsgər, Qəmbər Hüseynli Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out