Top Songs By Aygün Bəylər
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Aygün Bəylər
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
İsfəndiyar Cavanşirov
Songwriter:in
Xalq Muğamı
Komponist:in
Hacıbaba Hüseynov
Songwriter:in
Lyrics
Ay qara qız, getmə, dayan, sözüm var
Aləm bilir, gözlərində gözüm var
Heç bilirsən, ayrılıq var, ölüm var?
Ay nənəm də qurban
Ay nənəm də qurban
Ay yar, ölürəm
Səni mən sevirəm
Gəlirsən, gəl, alım səni
Gəlirsən, gəl alım səni
Gəlmirsən, ölürəm
Səni mən sevirəm
Ay qara qız, getmə, dayan, sözüm var
Aləm bilir, gözlərində gözüm var
Heç demirsən, ayrılıq var, ölüm var
Ay nənəm də qurban
Ay nənəm də qurban
Aman, aman
Gəlirsən, gəl, alım səni
Gəlirsən, gəl, alım səni
Gəlmirsən, ölürəm
Səni mən sevirəm
Səni mən sevirəm
Səni mən sevirəm
Qəzələ, musiqiyə kim ki həvəskar deyil
Qəzələ, musiqiyə kim ki həvəskar deyil
Bütün ömrün yatıb aləmdə, o bidar deyil
Nə bilər çəngi-dəfin, tari-neyin naləsini
Nə də ol
Nə bilər çəngi-dəfin, tari-neyin naləsini
Nə də ol əhli-muğamata xiridar deyil
Əcəb ol şəxsdir, ruhunda qida musiqidir
Əcəb ol, əcəb ol şəxsdir, ruhunda qida musiqidir
Nə qəmi-qüssəyə, nə dərdə giriftar deyil
Gətirər sövtü-müğənni dili-üşşaqü dilə
Gətirər sövtü-müğənni
Gətirər sövtü-müğənni dili-üşşaqü dilə
Hey bunları dərk etməyən əğyardır, ol yar deyil
Bizim əcdadımızındır, ey, bu gözəl musiqimiz
Bizim əcdadımızındır bu gözəl musiqimiz
Bunları bilməyən, əlbəttə, xəbərdar deyil
Deyiniz Hacıya siz
Deyiniz Hacıya siz, belədir adətlərimiz
Qoymarıq məclisə, kim əsl sənətkar deyil
Əzizinəm, nərdivana
Əzizim, nərdivana
Ayaq qoy nərdivana
Zər qədrin belə zərgərlər bilər, gülüm
Nə bilər hər divanə, aman, aman?
Əzizinəm Ərzuruma
Yol gedər Ərzuruma
Dəvəsi ölmüş ərəbik
Dözərik bu zülm, ay aman, aman, ey
Written by: Hacıbaba Hüseynov, Xalq Muğamı, İsfəndiyar Cavanşirov