Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Javid OruDJ
Javid OruDJ
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Aygün Səmədzadə
Aygün Səmədzadə
Komponist:in
Zakirə Allahverdiyeva
Songwriter:in

Lyrics

Tut ağacım, tut ağacım
Aman yerim, güman yerim
Xatirələr qanadında
Yaşatdığım pənah yerim
Tut ağacım, tut ağacım
Sirli sözüm, anan yerim
Tut ağacım, ucalığım
De, arzuma necə çatım?
De, köksünə neçə çarpaz dağ çəkmişəm?
Neçə körpə budağını mən əzmişəm?
Bir gün şirin xatirələr sorağıyla
Səni gözləyəcəyimi bilməmişəm
De, köksünə neçə çarpaz dağ çəkmişəm?
Neçə körpə budağını mən əzmişəm?
Bir gün şirin xatirələr sorağıyla
Səni gözləyəcəyimi bilməmişəm
İndi sənin budağında
Bir iz qoymaq müşkül olub
Əl çatmayan arzulartək
Xatirələr dönməz olub
İndi yoxsan yuxularda
Mən gördüyüm dünyam kimi
İndi yoxsan o göylərdə
Əl çatmayan ulduz kimi
De, köksünə neçə çarpaz dağ çəkmişəm?
Neçə körpə budağını mən əzmişəm?
Bir gün şirin xatirələr sorağıyla
Səni gözləyəcəyimi bilməmişəm
De, köksünə neçə çarpaz dağ çəkmişəm?
Neçə körpə budağını mən əzmişəm?
Bir gün şirin xatirələr sorağıyla
Səni gözləyəcəyimi bilməmişəm
Written by: Aygün Səmədzadə, Zakirə Allahverdiyeva
instagramSharePathic_arrow_out