Top Songs By Aygün Bəylər
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Aygün Bəylər
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Ramiz Mirişli
Komponist:in
Fikrət Qoca
Songwriter:in
Lyrics
Çiçəklər açmasa, gələrsən, yaz gələr
Çiçəklər açmasa, gələrsən, yaz gələr
Üfüqlər tutulsa, gülərsən, göy gülər
Qəzəblə qışqırsan, ulduzlar tökülər
Bir xumar baxışla səadət bağışla
Yenə gəldin sən, baxıb güldün sən
Bahar gəldi, güllər açdı
Çaylar coşdu, nəğmə qoşdu
Çaylar coşdu, nəğmə qoşdu sənə
Çiçəklər açmasa, gələrsən, yaz gələr
Bir xumar baxışla səadət bağışla
Kənara baxırsan, gözümdə od yanır
Kənara baxırsan, gözümdə od yanır
Üzümə baxırsan, ürəyim talanır
Bu aləm başıma dolanır, dolanır
Bir xumar baxışla səadət bağışla
Yenə gəldin sən, baxıb güldün sən
Bahar gəldi, güllər açdı
Çaylar coşdu, nəğmə qoşdu
Çaylar coşdu, nəğmə qoşdu sənə
Çiçəklər açmasa, gələrsən, yaz gələr
Bir xumar baxışla səadət bağışla
Səadət bağışla
Written by: Fikrət Qoca, Ramiz Mirişli