Music Video

Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
BADCLAUSE
BADCLAUSE
Leadgesang
KOMPOSITION UND LIEDTEXT
Miri Ahmed
Miri Ahmed
Songwriter:in
Mirmövsüm Əhmədov
Songwriter:in
PRODUKTION UND TECHNIK
Əli Ələsgərov
Produzent:in

Lyrics

Yorğun bir neçә addım dağıtdı qum dәnәlәrini
Qopdu könüldәn hәr cümlә, dodaqlarıma bәlәndi
Qәhәrimi bölüşdükcә dalğalarla cızdım yolumu
Qaçırdı ruhum ölümdәn, son anda ömür yoruldu
Bәlkә dә öldürmüşdüm eşqi son bir lәçәklә
Xatirәlәri yaşadan küçәlәr әvәz olub gölmәçәylә
Tab gәtirmişәm neçә ilә? Neçә-neçә şeir hәdәr oldu
Cazibәdar hәyat ağacısan, meyvә dәrmәmәk olmur
Sәnsiz ölmәmәk olmur, yaşasam tәbiәtә ziddir
Sәni mәnә verәn şәhәr belә dәnizini tәrk elәmişdi
Neçә dәfә cәhd elәmişdim unutmağa mәnә qayıdışını
Günәşi ayırmışdı şeirdәn gecәlәr ayın işığı
Әfsus ki, әlә salırdı ciddiyyәtini gülünc olmağım
Mәyus bir axmağın eşqiydi hüznü şeirә yozmağı
Onun әtri rәnglәyirdi boz divarlarını bu otağın
Amma çoxdan qurumuşdu yerə düşən gülün torpağı
Sәnsә ümidisәn qorxağın әllәr açılanda duaya
Әn gözәl mәqamısan sәn eşqin, mәn ayrılığın, yar
Yad olur get-gedә xülyam mәnә, sәn ruhuna üsyan edәn
Baxışlarımın küt nәzәrisәn, ölümsә bundan betәr
Kәdәr-qәmimlә doldu vәrәq dәrgahında
Cümlәlәr soyuda bilmәdi daha könlü dәrd anında
Dәvası dәrmanında mәhlәmim yaradır könüldә
Ah-nalәsi fәrmanında bir gözәl düşdü gözümdәn
Written by: Miri Ahmed
instagramSharePathic_arrow_out