Music Video

BadClause — Karma (Rəsmi Musiqi Videosu)
Watch BadClause — Karma (Rəsmi Musiqi Videosu) on YouTube

Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
BADCLAUSE
BADCLAUSE
Leadgesang
KOMPOSITION UND LIEDTEXT
Mirmövsüm Əhmədov
Songwriter:in
PRODUKTION UND TECHNIK
Prymus
Prymus
Produzent:in

Lyrics

Özünü bağışlada bilmədin nə tanrıya, nə də dünyaya
Əsəbdən əzdiyin yumruqlara tən divarlar olmadı sinirinə hayan
Göylərə çatmaq istəyiylə basdığın hər pillə qırdı ayağını
Zamanla artdıqca artır ağrın, hər dəqiqən ölümə bir addım daha yaxın
Sonun o qədər bariz, bəsdir təkcə baxmaq dibi görməyə
Qultək yaşayıb ömür edənlər niyə istəsin axı şahlar kimi ölmək?
Ürəyimiz birdirsə, nəyə gərəkdir ev içində otaqlar kimi bölünək?
Biz özümüz azyaşlı uşaqlara örnəyiksə, o uşaqlar kimə örnək?
Qarşında heç bir maneə yox, rast gəldiyin ən böyük tərslik özün
Kimiləri çörəyini iki yerə - digərinə öz payına düşəndən əskik bölür
O qədər hiss var, cəsarəti yox deyə mübarizəsindən təslim dönür
O qədər insan var, cəmiyyətdən daha çox öz ailəsindən təzyiq görür
Qayıtmaq üçün gedənlər, vaxtsız gedənlər və qaçanlar var
İntizar var, həsrət var, yol çəkən gözlər var, uzaqlar var
Bağlı otaqda ölən ümidlər, qıfılından xəbərsiz açarlar var
Ev var ki, isti qucaqlar yox, münaqişə zəmnində bıçaqlar var
Susduqca unutdum danışmağı, dinləmək bəs olmadı anlamağçün
Gəzdim fikirlərimi qarış-qarış, hər şeyi bir mənaya bağlamağçün
Sual vermədən cavab gözlədim, günahları görüb savab gözlədim
İndiyə qədər nahaq gözlədim, o vaxt gəlmədi, nə vaxt ki, gözlədim
Atmağa hazıram bütün sevgiləri, mənə yalnızlıq qalan olsa da
Yandırmağa razı bütün gəmiləri, limanların hamısı talan olsa da
Gedən gedibsə, mənası nə göndərdiyi qucaq dolusu salamı olsa da?!
Görmərəm, unudaram simasını, lap hər dəqiqə yadıma salan olsa da
Xoş günlər tarix oldu, kədərli sözlər də elə dilimdə ilişər
Bəzi insanlar qəsdən tək qalırlar - deyəndə özümü deyirmişəm
Hər şey getdikcə yadlaşır, deyil həmənki mühit, eyni deyil bu şəhər
Sevgi də saxtalaşır, dağılır münasibətlər, dönmür xeyir işə
Öpüşlər var, ehtiras var, görüşlər var, qayğı yoxdur
Bəlkə də olacaq nə vaxtsa, zamanı, vaxtı var, amma nağd yoxdur
Göstərə bilmirsənsə öz hisslərini, fərqi nədir axı, azdır-çoxdur?
Elə bir karma içindəyəm ki, ancaq getmək var, çatdı yoxdur
Written by: Mirmövsüm Əhmədov
instagramSharePathic_arrow_out