Top Songs By Xanım Ismayılqızı
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Xanım Ismayılqızı
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Xanım Ismayılqızı
Komponist:in
Şərqiyyə Seyidbəyli
Songwriter:in
Lyrics
Gözündə bir məna oxudum sənin
Məni axtarırmış, məni gəzirmiş
Sənin gözün kimi mənim gözlərim
Sənə həsrət idi, səni gəzirmiş
Susmuşdu, danışdı baxışlarımız
Sən məni oxşadın, mən səni sevdim
Ətrafda çox idi tanışlarımız
Amma sən mənimdin, mən də sənindim
Gəl səninlə sərsəm bir eşq yaşayaq
Uçuraq sədləri, aşaq dağları
Gəl bu sevgimizin həmdəmi olaq
Qovuşsun həsrətin çat dodaqları
Gəl səninlə sərsəm bir eşq yaşayaq
Uçuraq sədləri, aşaq dağları
Gəl bu sevgimizin həmdəmi olaq
Görüşsün həsrətin çat dodaqları
Gözünü gözümdən çəpərləmişəm
Mənim gözlərimdən çıxa bilməzlər
Sənin baxışını çox gözləmişəm
Mənim gözlərimdən çıxa bilməzlər
Ver o gözlərini, qoy məndə qalsın
Heç kəsə baxmasın məndən savayı
Gözüm gözlərində alışsın, yansın
Heç kəsi sevməsin məndən savayı
Gəl səninlə sərsəm bir eşq yaşayaq
Uçuraq sədləri, aşaq dağları
Gəl bu sevgimizin həmdəmi olaq
Qovuşsun həsrətin çat dodaqları
Gəl səninlə sərsəm bir eşq yaşayaq
Uçuraq sədləri, aşaq dağları
Gəl bu sevgimizin həmdəmi olaq
Görüşsün həsrətin çat dodaqları
Gəl səninlə sərsəm bir eşq yaşayaq
Uçuraq sədləri, aşaq dağları
Gəl bu sevgimizin həmdəmi olaq
Görüşsün həsrətin çat dodaqları
Written by: Xanım Ismayılqızı, Şərqiyyə Seyidbəyli