Lyrics

Bir anda yüz il yaşadım
Həsrətin künc-bucağında
Bir anda yüz il qocaldım
İlin-günün bu çağında
Gördüm, vaxt geri fırlanır
Önümdə zaman dillənir
Köhnə divar saatında
Yenə ömür fəsillənir
Ürəyim susmadı, haray qopardı
Dilimdən bir kəlmə söz də çıxmadı
Öpdüm əllərindən xatirələrin
Öpdüm gözlərindən ayrılıqların
Ürəyim susmadı, haray qopardı
Dilimdən bir kəlmə söz də çıxmadı
Öpdüm əllərindən xatirələrin
Öpdüm gözlərindən ayrılıqların
Hamını yadıma saldım
Bir gün doğma ocağımda
Bir anda yüz il qocaldım
Həsrətin künc-bucağında
Gördüm, vaxt geri fırlanır
Önümdə zaman dillənir
Köhnə divar saatında
Yenə ömür fəsillənir
Ürəyim susmadı, haray qopardı
Dilimdən bir kəlmə söz də çıxmadı
Öpdüm əllərindən xatirələrin
Öpdüm gözlərindən ayrılıqların
Ürəyim susmadı, haray qopardı
Dilimdən bir kəlmə söz də çıxmadı
Öpdüm əllərindən xatirələrin
Öpdüm gözlərindən ayrılıqların
Written by: Xanım İsmayılqzı, Əlisəmid Kür
instagramSharePathic_arrow_out