Lyrics

Yarın hicrində yenə gözlərim ağlar bu gecə
Sən sön, ey şəm, mənim ağlamağım var bu gecə
Yad edib şəmi-rüxün, istərəm, atəşdə yanam
Səpmə su bu оda, ey dideyi-xunbar, bu gecə
Səpmə su bu оda, ey dideyi-xunbar, bu gecə
Ağladım, göz yaşımın nəqdi tamam oldu bu gün
Nə nisar eyləyərəm, gəlsə о dildar bu gecə?
Səri-kuyində Füzuli gecələrdi, sən onu
Niyə qovdun, hara bəs getsin о naçar bu gecə?
Niyə qovdun, hara bəs getsin о naçar bu gecə?
Ağladım, ey, göz yaşımın nəqdi tamam oldu bu gün
Nə nisar eyləyərəm, ay aman
Nə nisar eyləyərəm, gəlsə о dildar bu gecə?
Aman, ey
Səri-kuyində Füzuli gecələrdi, sən onu, sən onu
Niyə qovdun, hara bəs getsin о naçar bu gecə?
Niyə qovdun, hara bəs getsin о naçar bu gecə?
Written by: Məhəmməd Füzuli, Nazim Mirişli, Ramiz Mirişli
instagramSharePathic_arrow_out