Top Songs By Nəzakət Teymurova
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Nəzakət Teymurova
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Aysel Kərimi
Songwriter:in
Lyrics
Vətənin hər qarış ocaqlarında
Dağ kimi gülləyə sinə gələndir
Ömrünün ən gözəl, gənc çağlarında
Yurdunu hər şeydən üstün biləndir
Yurdunu hər şeydən üstün biləndir
Vətənin başından dumanı çəkdi
Çölü məğrur durur, içi kövrəkdir
Bir ana duası ona köməkdir
Tarixi cəsurca yazan oğullar
Tarixi cəsurca yazan oğullar
Bu can vətən borcudur, vətənin özü candır
Keşiyində duranlar yurduna qurbandır
Neçə canlar oduna fəda olub yanandır
Ey Azərbaycan oğlu, bil ki, bu ad sənə halaldır
Neçə canlar oduna fəda olub yanandır
Ey Azərbaycan oğlu, bil ki, bu ad sənə halaldır
Bu torpağın oğulları qorxu bilməz
Bu torpağın oğulları and yeridir
Qəhrəmanca yazdığını tarix silməz
Damarından axan qanı igidlikdir
Biz vətəni atamızın canı bildik, canı bildik
Can şirindir, fəqət vətən daha üstün, daha üstün
Şəhidlərin qanı axan daşı sildik, daşı sildik
O daşlardan ucaltmışıq şəhid büstün, şəhid büstün
Qazilərin ayağı, qolu, gözüdür vətən
Deməyə şücaətli, qeyrətli sözüdür vətən
Bu dağların başında zəfər gülüdür bitən
Oğuldur imdada yetən, vətənin dar günündə özünü yetirən
O dəhşətli, o zülmətli savaşlara
Şahiddir, şahiddir
Mənim atam, mənim atam
Yaşayan bir şəhiddir
Mənim atam yaşayan bir şəhiddir...
Written by: Aysel Kərimi