Top Songs By Murad Arif
Similar Songs
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Murad Arif
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Xalq Mahnısı
Songwriter:in
Aşıq Havası
Komponist:in
Şakir Hacıyev
Songwriter:in
Haqverdiyev Alı
Songwriter:in
PRODUKTION UND TECHNIK
Murad Arif
Produzent:in
Lyrics
Yığdım bu dünyanın malın, dövlətin
Əllini aşırdım, yüzə nə qaldı?
Ayaq getdi, əl gətirdi, diş yedi
Ayaq getdi, əl gətirdi, diş yedi
Baxmaqdan savayı gözə nə qaldı?
Nə qaldı, kimə qaldı?
Baxmaqdan savayı gözə nə qaldı?
Nə qaldı, kimə qaldı?
Baxmaqdan savayı gözə nə qaldı?
Ölüm haqdır, çıxmaq olmaz əmrdən
İpək tora halqa salma dəmirdən
Aydır, gündür, gəlib keçir ömürdən
Aydır, gündür, gəlib keçir ömürdən
Tələsirik, görən, yaza nə qaldı?
Nə qaldı, nə qaldı?
Sındı telli sazım, tazə nə qaldı?
Nə qaldı, nə qaldı?
Tələsirik, görən, yaza nə qaldı?
Pəncərənin milləri, Muleyli
Açıb qızılgülləri Muleyli
Oğlanı yoldan eylər Muleyli
Qızın şirin dilləri, Muleyli
Oğlanı yoldan eylər Muleyli
Qızın şirin dilləri, Muleyli
Ay Muleyli, Muleyli, Muleyli
Könlüm səndən gileyli, Muleyli
Pəncərəni bağlama, Muleyli
Mən gedirəm, ağlama, Muleyli
Gedib yenə gələrəm, Muleyli
Özgəyə bel bağlama, Muleyli
Gedib yenə gələrəm, Muleyli
Özgəyə bel bağlama, Muleyli
Ay Muleyli, Muleyli, Muleyli
Könlüm səndən gileyli, Muleyli
Saz götürüb dastan yazım hüsnünə
Saz götürüb dastan yazım hüsnünə
Bahar güllərindən təzə kəndimiz
Bahar güllərindən təzə kəndimiz
Güllü yaylaqları, meyvə bağları
Güllü yaylaqları, meyvə bağları
Nə qəşəngdir, nə gözəldir kəndimiz
Nə qəşəngdir, nə gözəldir kəndimiz
Kəndimiz, kəndimiz, kəndimiz
Almalı, heyvalı, narlı kəndimiz
Hər şeydən əzizdir bizə kəndimiz
Gəncədən fayton gəlir
Ay aman, aman, aman
Ay, fayton gəlir
Atları yorğun gəlir
Ay aman, aman, aman
Ay, fayton gəlir
Gəncədən fayton gəlir
Ay aman, aman, aman
Ay, fayton gəlir
Atları yorğun gəlir
Ay aman, aman, aman
Ay, yorğun gəlir
Sarı köynək, sarı çəpkən, badamı göz gəlir
Sarı köynək, sarı çəpkən, badamı göz gəlir
Ay, sarı köynək, sarı çəpkən, badamı göz gəlir
Sarı köynək, sarı çəpkən, badamı göz gəlir
Xub yaraşır nazlı yara
Ağ üstündən geysə qara
Əsli göyçək olanlara
Əsli, nəsli olanlara
Al da birdir, şal da birdir
Al da birdir, şal da birdir
Al da birdir, şal da birdir
Al da birdir, şal da birdir
Bülbül kimi ötmək üçün
Vüsalına yetmək üçün
Yar yanına getmək üçün
Yar yanına getmək üçün
Yol da birdir, kol da birdir
Yol da birdir, kol da birdir
Yol da birdir, kol da birdir
Yol da birdir, kol da birdir
Əzizim, görəm səni
İstərəm, görəm səni
Əzizim, görəm səni
İstərəm, görəm səni
Xəyalınla yatıram
Yuxumda görəm səni
Xəyalınla yatıram
Yuxumda görəm səni
A dağlar, a dağlar
Qəlbim sənsiz qan ağlar
A dağlar, a dağlar
Könlüm səni soraqlar
A dağlar, a dağlar
Qəlbim sənsiz qan ağlar
A dağlar, a dağlar
Könlüm səni soraqlar
Nar çiçəyin rəngi var yanağında
Qızılgülün ətri tər buxağında
Nar çiçəyin rəngi var yanağında
Qızılgülün ətri tər buxağında
Dağ havası gəzir bal dodağında
Dağ havası gəzir bal dodağında
Nə gözəldir gözəlləri Şirvanın
Vəfalıdır gözəlləri Şirvanın
Nə gözəldir gözəlləri Şirvanın
Vəfalıdır gözəlləri Şirvanın
Könlüm intizarda deyil
Qəlbim ahu-zarda deyil
Cənnət uzaqlarda deyil
Cənnət uzaqlarda deyil
Qarabağ torpağındadır
Qarabağ torpağındadır
Qarabağ torpağındadır
Qarabağ torpağındadır
Yeyib, içək, deyək, gülək
Həmişə toylara gələk
Halal süfrə, halal çörək
Halal süfrə, halal çörək
Azəri torpağındadır
Azəri torpağındadır
Azəri torpağındadır
Yurdumun torpağındadır
Mənim öz torpağımdadır
Azəri torpağındadır
Azəri torpağındadır
Written by: Aşıq Havası, Haqverdiyev Alı, Xalq Mahnısı, Şakir Hacıyev