Lyrics

Bəlkə, rəssam olum, çəkim sənin gözlərini
Şair olum, şeir yazım saçlarına
Vaxt olum ki, saxlayım bu illərimi
Səni sevməyim düşübdür ən gözəl yaşıma
Dönüm qəmli, sükut pozan toz-dumana
Ya səsmi olum, səsim yayılsın hər yana?
Gözlər olum, baxım gecə boş tavana
Sən arzu ol ki, mən də çevrilim duana
Mənim ulduz qadınım
Sən parla gecələrdə
Getmə, baxım bir qədər də
Batım yanan o gözlərdə
Ey-ey, mənim ulduz qadınım
Qoruyum səni yad əllərdən
Səni mən öyrənib illərlə
Oxudum hər gecə əzbərdən
Ey... Mənim ulduz qadınım
Ey... Mənim ulduz qadınım
Bəlkə, rəssam olum, çəkim sənin gözlərini?
Şair olum, şeir yazım saçlarına?
Vaxt olum ki, saxlayım bu illərimi
Səni sevməyim düşübdür ən gözəl yaşıma
Dönüm qəmli, sükut pozan toz-dumana
Ya səsmi olum, səsim yayılsın hər yana?
Gözlər olum, baxım gecə boş tavana
Sən arzu ol ki, mən də çevrilim duana
Mənim ulduz qadınım
Sən parla gecələrdə
Getmə, baxım bir qədər də
Batım yanan o gözlərdə
Ey... Mənim ulduz qadınım
Qoruyum səni yad əllərdən
Səni mən öyrənib illərlə
Oxudum hər gecə əzbərdən
Ey... Ulduz qadınım
Mənim ulduz qadınım
Getmə, baxım bir qədər də
Ey... Mənim ulduz qadınım
Qoruyum səni yad əllərdən
Səni mən öyrənib illərlə
Oxudum hər gecə əzbərdən
Mənim gözəl ulduz qadınım
Written by: Cavid Məmmədov
instagramSharePathic_arrow_out