Lyrics

Sən mənim taleyimdən günəşimsən, ayımsan
Kim nə deyirsə, desin gözəl tanrı payımsan
Sən mənim taleyimdən günəşimsən, ayımsan
Kim nə deyirsə, desin gözəl tanrı payımsan
Sanma ki, həsrətinlə ömür etməkdən doymuşam
Mən sənin eşqin ilə pərvazlanan bir quşam
Ömürümün sarayını uçura bilməz illər
Ömürümün sarayını uçura bilməz illər
Çünki bünövrəsinə ürəyimi vermişəm
Ürəyimi vermişəm
Ömürümün sarayını uçura bilməz illər
Ömürümün sarayını uçura bilməz illər
Çünki bünövrəsinə ürəyimi vermişəm
Ürəyimi vermişəm
Demirəm ki, "sən təksən, yer üzünə bəzəksən"
Ey könlümün fatehi, inan, mənə gərəksən

Written by: Adil Babayev, Faiq Sücəddinov
instagramSharePathic_arrow_out