Lyrics

Çinarlar qatar-qatar
Qalxıb zirvəyə çatar
Dağa qısılıb yatar
Mışıl-mışıl dərələr
Dərələr, dərələr, dərələr
Yaşıl-yaşıl dərələr
Dərələr, dərələr, dərələr
Yaşıl-yaşıl dərələr
Sizlərə vurğunam mən
Bəzəyiniz şəfəqdən
Günəş qalxar üfüqdən
Ovuc-ovuc zər ələr
Dərələr, dərələr, dərələr
Ovuc-ovuc zər ələr
Dərələr, dərələr, ay dərələr
Ovuc-ovuc zər ələr
Quş kimi üstünüzdən
Qanad çalım dərələr
Şamlıqda bir axşamlıq
Qonaq qalım, dərələr
Dərələr, dərələr, dərələr
Qonaq qalım, dərələr
Dərələr, dərələr, dərələr
Qonaq qalım, dərələr
Əgər ki, yıxılsam çinar göstərin
Mən ona söykənib arana baxım
Gözlərim görməsə Göy gölü verin
Mən onun gözüylə cahana baxım
Hər yerdə, həmişə
Sənsən gümanım
Canım-gözüm mənim
Azərbaycanım
Sən günəş, mən isə bir zərrə kimi
Diriykən oğlunam, ölsəm torpağın
Sən ki döyündürdün mənim qəlbimi
Sən uca çinarsan, mənsə yarpağın
Mənəm sənin özün, eşqim, canım
Sənsən mənim gözüm
Azərbaycanım
Quş kimi üstünüzdən
Qanad çalım dərələr
Şamlıqda bir axşamlıq
Qonaq qalım, dərələr
Dərələr, dərələr, dərələr
Qonaq qalım, dərələr
Dərələr, dərələr, dərələr
Qonaq qalım, dərələr
Qonaq qalım, dərələr
Qonaq qalım, dərələr
Written by: Emin Sabitoglu, Nəbi Xəzri
instagramSharePathic_arrow_out