Lyrics

Sənin eşqin məni gətirdi dilə
Necə aşiq olub bülbüllər gülə?
Həsrət çəkdim, səni sevdim
Könül verdim mən
Həsrət çəkdim, səni sevdim
Könül verdim mən
Belə bir gözələ
Eşqimi təzələ
Şeirə, qəzələ
Könül verdim şeirə, qəzələ
Belə bir gözələ
Eşqimi təzələ
Şeirə, qəzələ
Könül verdim şeirə, qəzələ
Xəbərdar olmadın, ey dilbərim, çəkdim nələr sənsiz
Umudum tarımar oldu, ürəyim bisəməd sənsiz
Pərişan... A-a-ay yar
Pərişan olmayanlar üçün pərişan könlüm yaşlı
Mənə tən eyləyənlər oldu, məndən də betər sənsiz
Nə möcüzdür
Nə möcüzdür, bu bilməm, sən olan yerdə kədər olmaz
Fəqət ayrı düşəndə məndən ayrılmaz
Fəqət sənsiz
Əgər məndən ayrı gəzib dolansan
Mənim bu eşqimə biganə qalsan
Alışaram, od tutaram
Həm yanaram mən
Alışaram, od tutaram
Həm yanaram mən
Unuda bilmərəm
Sənsiz mən gülmərəm
Könlümü vermərəm
Heç kəsə mən könlümü vermərəm
Unuda bilmərəm
Sənsiz mən gülmərəm
Könlümü vermərəm
Heç kəsə mən könlümü vermərəm
Written by: Elibaba Memmedov, Əliağa Vahid
instagramSharePathic_arrow_out