Lyrics

Axşam olcaq boylanıb aynabəndə
Həzin-həzin tar çalırsan, ay oğlan
Axşam olcaq boylanıb aynabəndə
Həzin-həzin tar çalırsan, ay oğlan
Qızarıram hər baxanda mənə sən
Mənə sən, mənə sən
Sən nə əziz, nə sevimli qonşusan
Çalırsan incə-incə, hamının ürəyincə
Necə heyran olmayım mən səni dinləyincə?!
Mən səni dinləyincə
Hər baxanda bilirəm ki, sözün var
Deməsən də, gözlərindən oxunur
Hər baxanda bilirəm ki, sözün var
Deməsən də, gözlərindən oxunur
Sədəf üstə gəzdirdiyin barmaqlar
Barmaqlar, barmaqlar
Ürəyimin tellərinə toxunur
Çalırsan incə-incə, hamının ürəyincə
Necə heyran olmayım mən səni dinləyincə?!
Mən səni dinləyincə
Utanıram, necə açım eşqimi?
Qorxuram ki, hamı gülə, gülüşə
Utanıram, necə açım eşqimi?
Qorxuram ki, hamı gülə, gülüşə
Bizim yerdə bu bir adət deyilmi?
Deyilmi, deyilmi?
Oğlan açar ürəyini həmişə
Çalırsan incə-incə, hamının ürəyincə
Necə heyran olmayım mən səni dinləyincə?!
Mən səni dinləyincə
Çalırsan incə-incə, hamının ürəyincə
Necə heyran olmayım mən səni dinləyincə?!
Mən səni dinləyincə
Written by: Arif Cəfərov, Hacıbaba Həsənov
instagramSharePathic_arrow_out