Lyrics

Düşdüm sevgi adlı bir oda
Həsrət özü döndü fəryada
Səninlə xoşbəxtəm bu dünyada
Səninlə xoşbəxtəm bu dünyada
Ötsün illər, aylar, fəsillər
Gəlsin bir-birindən şən illər
Qoy, sevinsin, şadlansın könüllər
Qoy, sevinsin, şadlansın könüllər
Gəl, ömrümə, gəl
Gələn aylar, illər gözəl
Gələn aylar, illər gözəl
Ömrüm-günüm sənsən mənim
Sənsən mənim, gəl, sevgilim
Gəl, ömrümə, gəl
Gələn aylar, illər gözəl
Gələn aylar, illər gözəl
Ömrüm-günüm sənsən mənim
Sənsən mənim, gəl, sevgilim
Ötsün illər, aylar, fəsillər
Gəlsin bir-birindən şən illər
Qoy, sevinsin, şadlansın
Qoy, sevinsin, şadlansın
Qoy, sevinsin, şadlansın könüllər
Gəlsin bir-birindən şən illər
Qəlbimizdə yanar məhəbbət
Səninlə bu ömrüm səadət
Arzularım olubdur həqiqət
Arzularım olubdur həqiqət
Gəl, günəşim, nurlu səhərim
Qoy, ərisin qəmim, kədərim
Qoy, başlasın sevincli, şən günlər
Gəl, başlasın sevincli, şən günlər
Gəl, ömrümə, gəl
Gələn aylar, illər gözəl
Gələn aylar, illər gözəl
Ömrüm-günüm sənsən mənim
Sənsən mənim, gəl, sevgilim
Gəl, ömrümə, gəl
Gələn aylar, illər gözəl
Gələn aylar, illər gözəl
Ömrüm-günüm sənsən mənim
Sənsən mənim, gəl, sevgilim
Gəl, günəşim, nurlu səhərim
Qoy, ərisin qəmim, kədərim
Gəl, başlasın sevincli
Gəl, başlasın sevincli
Gəl, başlasın sevincli, şən günlər
Gəl, başlasın sevincli
Gəl, başlasın sevincli
Gəl, başlasın sevincli, şən günlər
Gəl, başlasın sevincli, şən günlər
Written by: Siyavuş Kərimi, İsmayıl Dadaşov
instagramSharePathic_arrow_out