Top Songs By E.D.D
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
E.D.D
Künstler:in
Akatriel
Künstler:in
Falcon
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Rafiq Novruzov
Komponist:in
Çingiz Tarverdiyev
Songwriter:in
Rəşad Umarlı
Songwriter:in
Lyrics
Metromuz The Walking Dead
Yuxulu gözdən axır dərd
Mədəniyyəti küncə qoyub, ya küncünə qoyublar ayırd et
Biz yaşamırıq ölürük
Çayxanada qəlyanımın üstünə qoy kömürü
Qoy ərisin canımız tək, onsuz da bu şəhərin
Şəffaf zəhər şüşələri sümükləri sömürür
Yüksək binalar, alçaq insanlarla dolub artıq bu şəhər
Yaşayırıq bir təhər
Bu şəhər kimin damağının dadıdır?
Bura küləyin qaqa zarafatıdır
İstəyirik edə bilək beyinlərdə inqilab
İnqilabsa bu şəhərdə yalnız adam adıdır
Neçə-neçə tanıyıram boşa heçnə deyinən
Hamı Qorqud, hamı olub Beyrək
Tutulub qulaqlar, yuyulub beyinlər
"Bakı sabahın xeyir" yox, artıq gecən xeyirə
Bakı gözəl şəhərdir, amma mehriban diyar deyil
Mənə elə baxma, gözlərin tərəzidi
Hiss edirəm içindəki nifrəti, qəzəbi
Elə baxma! Üstündəki sözlərin səbəbidi, tabuların olmusuz əsiri
Köhnə başlar danışmasın artıq
Danışaq gəncliyi necə ələ saldız?
Bizdən hörmət gözləyib əlimizdən sığındığımız arzunu aldız
Neçə gənc tanıyıram, atası döyər deyə hədəfini gizlədir
Çox yaşıdım var, arzuların atıb həyatını məhv edir (Nəyə görə?)
Çünki fikirlərimizə qoymadız hörmət
Hər üç evdən ikisində mənəvi şiddət
Onun, bunun fikriylə formalaşan hərəkət
Bu millətin axrına çıxacaq bu qeybət
Tindəki gədələrmi bu ölkənin gələcəyi?
Ona - buna söz atıb qoruyurlar bəşəriyyəti
Əynimdə short, ya da qulağımda piercing
Mentalitet ödəmir dövrümüzün tələbini
Kim nə istəsə, edər, sizə nə var? Qarışmayın
Heç bir köhnə fikri sevmirik, barışmırıq
Onun-bunun sözüylə yaşamağa alışmısız
Cahillərin qumarında gətirməz ki naxışımız
Written by: Rafiq Novruzov, Rəşad Umarlı, Çingiz Tarverdiyev