Top Songs By E.D.D
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
E.D.D
Künstler:in
Dox Maximum
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Miri Rahimov
Komponist:in
Pünhan Əliyev
Songwriter:in
Kamil Eyyublu
Songwriter:in
Lyrics
Ayağa qalxdıq, "Haqqımız var" dedik ki, düşsün bu ağızlara
Biz kəsib ağacları üstünə "Təbiəti qoruyaq!" yazırıq kağızlara
Kürdə su qalmayıb balıqlara, inan önəmli olmasa danışmaram
Hər kəs əlini daşın altına qoysa, mən bu qədər yanıb alışmaram
Torpağın can damarlarına axır çirkləndirdilmiş kirli sular
Havanın bir kub metrində görən nə qədər zəhərli qazlar var?
İyirmi ikinci əsrdə içməli su çətin tapılar bu gedişlə
Səkkizinci qitə tullantılardan yaranıb desəm dilin tutular
Qarışıram həyat dolu torpağın mən canına
Zibilləri axıdırıq dənizin yatağına
Düşər bir gün bu təbiət insanların canına
Onda kim köməyə gələcək ki sənin yanına?
Xəritə üstə yazılan yazıda əzilən ordular
Silah qalxıb üzə dirənir, gözlə görünür qorxular
Qızıl dirhəmmi ağır gəlir, yoxsa bir can?
Bu sualı da verək gərək ac gözlü insan oğluna
Fərqli duyğular, fərqli yol, fərqli doğrular
Səngər dolu arzular yarıda qaldılar
Torpaq toxum sevir, torpaq sevmir-sevmir qan
Qəbirlərə əsgər deyil artıq, silah dolduraq
Qılınc, qalxan, dəbilqələr
İndi güllələr
Medallar da cənnətə uzanan uzun pillələr
Torpaq altdakına lazımmı abidə, heykəl?
Nakam ruhlar üstünə tikilən nəhəng qüllələr
Düzələr o zaman uşaqlar qurban olmayanda
Gözlər dolmayan da, əkdiyin gül solmayanda
İnanmıram Ütopiadı uzaq xəyal
Müharibə dayanar ancaq insan olmayanda
Written by: Kamil Eyyublu, Miri Rahimov, Pünhan Əliyev