Top Songs By Şövkət Ələkbərova
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Şövkət Ələkbərova
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Süleyman Ələsgərov
Komponist:in
Novruz Gəncəli
Songwriter:in
Lyrics
Sən bir qızsan, şan-şöhrətin
Yayılmışdır eldən-elə
Sən bir qızsan, şan-şöhrətin
Yayılmışdır eldən-elə
İgidliyin, söz-söhbətin
Düşmüş sənin dildən-dilə
İgidliyin, söz-söhbətin
Düşmüş sənin dildən-dilə
El danışır qüdrətindən
El danışır qüdrətindən
Səni necə sevməyim mən?
Səni necə sevməyim mən?
Zəhmətinlə yer altından
Qara qızıl çıxır üzə
Zəhmətinlə yer altından
Qara qızıl çıxır üzə
İşıq saçır hər bir zaman
Yurdumuza, ölkəmizə
İşıq saçır hər bir zaman
Yurdumuza, ölkəmizə
El danışır qüdrətindən
El danışır qüdrətindən
Səni necə sevməyim mən?
Səni necə sevməyim mən?
Döşündəki al ulduzun
Əməyinin çiçəyidir
Döşündəki al ulduzun
Əməyinin çiçəyidir
Hər oğlanın, hər bir qızın
Arzusudur, diləyidir
Hər oğlanın, hər bir qızın
Arzusudur, diləyidir
El danışır qüdrətindən
El danışır qüdrətindən
Səni necə sevməyim mən?
Səni necə sevməyim mən?
Yarı necə sevməyim mən?
Written by: Novruz Gəncəli, Süleyman Ələsgərov