Lyrics

Yaşıl çölə-çəmənə
Laylay deyir Kür çayı
Yaşıl çölə-çəmənə
Laylay deyir Kür çayı
Günəşin tellərinə
Gülümsəyir Kür çayı
Günəşin tellərinə
Gülümsəyir Kür çayı
Arzum, diləyim mənim
Əzəl gündən sənindir
Coşan ürəyim mənim
Sənin gur sinəndədir
Coşan ürəyim mənim
Sənin gur sinəndədir
Ay Kürüm, ümman Kürüm
Düzləri dolan, Kürüm
Mənə ilhamsan, Kürüm
Anamsan, Kürüm
Çağla hər zaman, Kürüm
Qoy eşqim ağ gün olsun
Çağla hər zaman, Kürüm
Qoy eşqim ağ gün olsun
Ay coşub daşan Kürüm
Özüntək ömrün olsun
Ay coşub daşan Kürüm
Özüntək ömrün olsun
Çöllər səndən su içir
Söyüdlər kölgə salır
İllər, əsrlər keçir
Kür çayı cavan qalır
İllər, əsrlər keçir
Kür çayım cavan qalır
Ay Kürüm, ümman Kürüm
Həmişə cavan Kürüm
Mənə ilhamsan, Kürüm
Anamsan, Kürüm
Written by: Emin Sabitoglu, Nəbi Xəzri
instagramSharePathic_arrow_out