Music Video

Şövkət Ələkbərova — Mən Sənin Yanına Qışda Gəlirdim (Rəsmi Audio)
Watch Şövkət Ələkbərova — Mən Sənin Yanına Qışda Gəlirdim (Rəsmi Audio) on YouTube

Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Şövkət Ələkbərova
Şövkət Ələkbərova
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Elza Ibrahimova
Elza Ibrahimova
Komponist:in
Əliağa Kürçaylı
Əliağa Kürçaylı
Songwriter:in

Lyrics

Mən sənin yanına qışda gəlirdim
Çiçək axtarırdım, gəzdim hər yanı
Çiçək axtarırdım, gəzdim hər yanı
Hər tərəf bəyaz qar, gül-çiçək hanı?
Tapıb bir dibçəkdən axır ki dərdim
Tapıb bir dibçəkdən axır ki dərdim
Sonra söylədim ki, baharda sənə
Bir dəstə bağlaram yaz güllərindən
Budur, yola salıb qarlı qışı mən
Sənin görüşünə gəlmişəm yenə
Gəlmişəm yenə sənin görüşünə, gəlmişəm yenə
Gəlmişəm yenə sənin görüşünə, gəlmişəm yenə
Dəstə bağlamadım, nəyə gərəkdir?
Bax, odur, nərgizlə doludur ləklər
Bax, odur, nərgizlə doludur ləklər
Lalənin ətrini yayır küləklər
Yasəmən, qızılgül ləçək-ləçəkdir
Yasəmən, qızılgül ləçək-ləçəkdir
Əzizim, onları qopartmaq olmaz
Güllərə çöldə bax, dağ döşündə bax
Onlardan mən soraq gətirdim
Ancaq bir əlimdə bahar, bir əlimdə yaz
Bir əlimdə yaz, birində bahar, bir əlimdə yaz
Bir əlimdə yaz, birində bahar, bir əlimdə yaz
Əzizim, onları qopartmaq olmaz
Güllərə çöldə bax, dağ döşündə bax
Onlardan mən soraq gətirdim
Ancaq bir əlimdə bahar, bir əlimdə yaz
Bir əlimdə yaz, birində bahar, bir əlimdə yaz
Bir əlimdə yaz, birində bahar, bir əlimdə yaz
Written by: Elza Ibrahimova, Əliağa Kürçaylı
instagramSharePathic_arrow_out