Lyrics

Böyük qadın məhəbbəti var olsun
Alar bizi tənhalığın əlindən
Gözəl, sənə gözəl günlər yar olsun
Yaşadaram ürəyimdə səni mən
Ülvi qadın məhəbbəti var olsun
Gözəl, sənə gözəl günlər yar olsun
Qızın eşqi şirin nübar
Ana eşqi solmaz bahar
Bütün dünya gül-çiçək olar
Sevsə yarı yar
Qızın eşqi şirin nübar
Ana eşqi solmaz bahar
Bütün dünya gül-çiçək olar
Sevsə yarı yar
Ana eşqi balaları yaşadır
Biz o eşqə baş əyirik hər zaman
Ana vətən ayrılmazdır, qoşadır
Qulaq assın analara bu cahan
Ana eşqi balaları yaşadır
Ana vətən ayrılmazdır, qoşadır
Qızın eşqi şirin nübar
Ana eşqi solmaz bahar
Bütün dünya gül-çiçək olar
Sevsə yarı yar
Qızın eşqi şirin nübar
Ana eşqi solmaz bahar
Bütün dünya gül-çiçək olar
Sevsə yarı yar
Ucalt, ana, məhəbbəti, həyatı
Dünya həmin məhəbbətlə yaşayır
Bu eşq olub insanlığın qanadı
Torpaq qədər məhəbbətin yaşı var
Ucalt, ana, məhəbbəti, həyatı
Bu eşq olub insanlığın qanadı
Qızın eşqi şirin nübar
Ana eşqi solmaz bahar
Bütün dünya gül-çiçək olar
Sevsə yarı yar
Qızın eşqi şirin nübar
Ana eşqi solmaz bahar
Bütün dünya gül-çiçək olar
Sevsə yarı yar
Bütün dünya gül-çiçək olar
Sevsə yarı yar
Written by: Fikrət Qoca, Firəngiz Babayeva
instagramSharePathic_arrow_out