Lyrics

Qonaqlar hamısı gəldi
Məclisimiz düzəldi
Qonaqlar hamısı gəldi
Məclisimiz düzəldi
Yuxarı başa tez keçin
Oturub yeyin için
Yuxarı başa tez keçin
Oturub yeyin için
Tez düzün, qədəhləri tez düzün
Çay süzün, ay qədəhlərə çay süzün
Tez düzün, qədəhləri tez düzün
Çay süzün, ay qədəhlərə çay süzün
Pür rəngdir, özü dəm verir
Gör necə tanış təm verir
Pür rəngdir, özü dəm verir
Gör necə tanış təm verir
Tanış gəlir lap rəngi də
Qədəhlərin ahəngi də
Tanış gəlir lap rəngi də
Qədəhlərin ahəngi də
Tez düzün, qədəhləri tez düzün
Çay süzün, ay qədəhlərə çay süzün
Tez düzün, qədəhləri tez düzün
Çay süzün, ay armuduya çay süzün
Tez düzün, qədəhləri tez düzün
Çay süzün, ay qədəhlərə çay süzün
Tez düzün, qədəhləri tez düzün
Çay süzün, ay armuduya çay süzün
Written by: Cahangir Cahangirov, Seyfəddin Dağlı
instagramSharePathic_arrow_out