Lyrics

Yel əsər, dağıdar
Dağda dumanı
Yel əsər, dağıdar
Dağda dumanı
Anamın gözləri yoldadır
Bircə gümanı
Bircə mənə qalıb gümanı
Gedim görüm əziz anamı
A, qarlı dağlar
Bulud, kəs aranı
Qoy arabanı
Kəndə çatsın
Dağda yelə dönək
Düzdə selə dönək
Gözlər anam
A, köhlən atım
Dərələr, dağlar
Aşdım yenə mən
Qanadlı atlarım quş kimi
Bu düzlərdə şığıyar
Mehribanım, boz at, kəhərim
Çox uzaq deyil mənim səfərim
A, köhlən atım
Bulud, kəs aranı
Qoy arabanı
Kəndə çatsın
Dağda yelə dönək
Düzdə selə dönək
Gözlər anam
A, köhlən atım
Written by: Cahangir Cahangirov, Zeynal Cabbarzade
instagramSharePathic_arrow_out