Créditos
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Rəhimxan
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Ömər Rəhimov
Songwriter:in
Rəhimxan
Arrangeur:in
Letras
Güvənirəm hələ ona, deyiləm düzələn
Nifrətimlə dolu sözlər bu sənə
Yazıram, silinir o ağlımdan
Amma atıram onu bağlı sandığıma
Qara bəxtim, qara gün, qara tale
Qara saçların edirdi məni valeh
İndi rədd olub gedirsən, bəd dolu
Günləri eləyirsən niyə mənə həvalə?
Bilirsən, ürəyi zəif biriyəm
Yoxluğuna da qatlana bilməyim çətin
Sən dayanırsan bu qədər şeyin
Qarşısında necə mərdanə, mətin?
Hər görüşdə gözlərindən öpmək
Mənim ən pis xasiyyətim
Ona görə ayrıldıq, bu həyat da bir də
Səni çıxara mənim qarşıma, çətin
Yalandır sənin sözlərin
Yalandır baxan gözlərin sevgi ilə
Sanki hiylə, tuzaqdır qəlbimə
İnandım sənin sevginə
Mən bir anlıq dalıb seyrinə aldandım
Gör necə yandım, kül odum, Tanrım
Yalandır sənin sözlərin
Yalandır baxan gözlərin sevgi ilə
Sanki hiylə, tuzaqdır qəlbimə
İnandım sənin sevginə
Mən bir anlıq dalıb seyrinə aldandım
Gör necə yandım, kül odum, Tanrım
İnanırdım ona mən özüm qədər
Bir dinlə məni, düşübdür gözüm sənə
Deyirdim ki, güclüdür, dözür mənə
Amma zamanla düşdü o gözümdən
Özün də gəl gör halımı gözünlə, hə
Bax görmüş kor olası gözüm nələr
Sevirsənsə, sev məni, ölüm sənə
Sevmirsənsə, sevmə, cəhənnəmə
Sən kədərimlə ortaq oldun
Sevən biri bu qədər qorxaq olmur
Mən səni öpməyə qıymazkən
Səni ağladır indi o oğraş oğlu
Öz-özünə danışır, o olub dəli
Bizi silməyə axı necə əlin gəlib?
Mən hər dərdimi səndən gizlətdim
Sən sevgini məndən əsirgədin, getdin
Bilməm, necə getdin
Bunları necə etdin
Düşünmədən getdin
Yalandır sənin sözlərin
Yalandır baxan gözlərin sevgi ilə
Sanki hiylə, tuzaqdır qəlbimə
İnandım sənin sevginə
Mən bir anlıq dalıb seyrinə aldandım
Gör necə yandım, kül odum, Tanrım
Yalandır sənin sözlərin
Yalandır baxan gözlərin sevgi ilə
Sanki hiylə, tuzaqdır qəlbimə
İnandım sənin sevginə
Mən bir anlıq dalıb seyrinə aldandım
Gör necə yandım, kül odum, Tanrım
Written by: Ömər Rəhimov