Vídeo musical

Rəhimxan — Bir Adam (Rəsmi Audio)
Ver Rəhimxan — Bir Adam (Rəsmi Audio) en YouTube

Presentada en

Créditos

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Rəhimxan
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Rəhimov Ömər
Songwriter:in

Letras

İnan ki, hələ də başa düşə bilmirəm
Səni o qədər sevməyimə rəğmən
Məni yalnızlıqla baş-başa
Necə buraxıb, dedin: "Get yaşa"
Səni özgəsi əvəz etməz daha
Əmanətimsən tək Allaha
Səni unutmaq asan deyil ki
Sən bu yolda qəlbimin ilki
Sənsiz keçən hər günüm
Mənə əzab-əziyyətdir, xoş deyil ki
Hər tərəfim xatirələrdir
Məni bitirər sənin bu dərdin
Xoş günlərə qalmışam həsrət
Xoşbəxtlik mənə deyil ki qismət
Gedirsənsə, get, daha gəlmə
Özgələrinə olarsan həmdəm
Yadıma düşürsən gecəyarı
Rəsmlərlə danışıram hərdən
Gəl, məni qurtar bu bəladan
Rəhm etməzmi ki, mənə Yaradan?
Mənə sevgini çox gördün
Səni dünya qədər sevdi bir adam
Məni qurtar bu bəladan
Rəhm etməzmi ki, mənə Yaradan?
Mənə sevgini çox gördün
Səni dünya qədər sevdi bir adam
Yanında var başqası artıq
Ürəyindəki mənəm, nə fayda?
Məni məhv elə, arzularımı yıx
Bağışlasam, birdənəm, nə fayda?
Məni bu sevgiyə sən inandırdın
Həsrət ürəyimi elə yandırdı
Dünya qədər sevgisi olanın
Ürəyini, həm qürurunu qırdın
Rəsminə baxıb hər gün ağlaram
Bəlkə də, elə mən günahkaram
Səni bu qədər sevməməliydim
Mənə bu sevgini sən etdin haram
Heyif, qovuşmadı əllərimiz bizim
Ayrı qaldı ürəklərimiz bizim
Mən ağlaram, sən ağlama
Bizi bitirdi dərdlərimiz bizim
Gəl, məni qurtar bu bəladan
Rəhm etməzmi ki, mənə Yaradan?
Mənə sevgini çox gördün
Səni dünya qədər sevdi bir adam
Məni qurtar bu bəladan
Rəhm etməzmi ki, mənə Yaradan?
Mənə sevgini çox gördün
Səni dünya qədər sevdi bir adam
Written by: Rəhimov Ömər
instagramSharePathic_arrow_out