Lyrics

Sən gələndə bənövşələr gül idi Həsrət ilə keçən neçə il idi Ah çəkməkdən cavan ömrüm çürüdü Məni dərdə salan şirin dil idi Ay ucaboy, xoş baxışlı sərvərim Yalvarıram, getmə, dayan, gəl bəri Ay ucaboy, qara qaşlı sərvərim Getmə, dayan, yalvarıram, gəl bəri Qurban olum alagözün şəstinə Bal tökülür al dodağın üstünə Nə durmusan mən yazığın qəsdinə? Ay imanım, ay gümanım, ay yarım Mənə sənə necə inanım, ay canım? Ay imanım, ay gümanım, ay yarım Mən sənə necə inanım, ay canım? Həştərxana gedən gəmi gəlmədi Qürbət eldə yar halımı bilmədi Ara vuran mərdimazar ölmədi Mən sənə necə inanım, ay yarım? İnanma sən yad sözünə, ay canım Mən sənə necə inanım, ay canım? İnanma sən yad sözünə, ay canım Aparırlar onu təbib yanına Dərdü-bəla gəlməsin, yar, canına Can verərəm sənin kimi canana Ay ucaboy, xoş baxışlı sərvərim Yalvarıram, getmə, dayan, gəl bəri Ay ucaboy, qara qaşlı sərvərim Getmə, dayan, yalvarıram, gəl bəri Ay imanım, ay gümanım, ay yarım Mən sənə necə inanım, ay canım? Ay imanım, ay gümanım, ay yarım İnanma sən yad sözünə, ay canım
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out