Lyrics

Mənim üçün bu dözülməz
Belə davam edə bilməz
Yolumuzu ayırır döngələr
Nəticələr çox uğursuz
Bu dəfə heç nə demə, sus
Nəyə gərək faydasız kəlmələr
İzsiz tənhalıqdan çağlayır dəniz
Dalğalar siləcək bizi bizsiz
Keçmiş zaman olacam, duman olacam
Özüm odu buraxıb yanan olacam
Kül olsun, bitsin hisslər
Sənsiz talan olacam, viran olacam
Kədərə yan alacam, inan, öləcəm
Silinsin, itsin hisslər
Yuxuda gördüm bir anlıq
Ev sükut, boz-qaranlıq
Bir-birin axtarır kölgələr
Bu yuxunun var yozması
Ola bilərmi, olmasın?
Bəlkə də, anlarıq, gün gələr
İzsiz tənhalıqdan çağlayır dəniz
Dalğalar siləcək bizi bizsiz
Keçmiş zaman olacam, duman olacam
Özüm odu buraxıb yanan olacam
Kül olsun, bitsin hisslər
Sənsiz talan olacam, viran olacam
Kədərə yan alacam, inan, öləcəm
Silinsin, itsin hisslər
Sənsiz talan olacam, viran olacam
Keçmiş zaman olacam, duman olacam
Written by: Emin Kərimi, MC Murad, Röya
instagramSharePathic_arrow_out