Lyrics

İndi gözlərində deyiləm, ağla, istəsən Bir də soyuq yanaqlarını islatmayacam Röyama gələ bilməyəcəksən, yoxla, istəsən Yuxuma girməyəsən deyə bu gecə yatmayacam Toxunmadı, and içirəm, heç bir özgə zülfə əlim İndi yoxluğundur mənə yazdıran hər qəzəli Düzdür, gözəldir sevmək toxunmadan, amma Görmədən sevməkdir sevgilərin ən gözəli Ayrıldıq o gün, mən tələsdim həmin gün Yağış yağdı, küləklər də əsdi həmin gün O gün ayrıldı kədərli bir qadınla, bir kişi Kişi şair oldu, qadın saçını kəsdi həmin gün Bu sevgi bitdi, geriyə xatirən qalır Soruşan olsa, deyərsən ki, taleyimiz belə imiş Gedirəm indi vidalarımı bircə-bircə yanıma alıb Düz demişdim elə, yolçu yolda gərəkmiş Barışmadım, yoxluğunla barışmadım Ağrılara alışdım da, yoxluğuna alışmadım Sənlə ağlamadıq heç, gülmədik, danışmadıq Bakının küləklərinə qarışmadıq Baxışların, hüzn dolu baxışların Dəniz gözlərindən axan soyuq payız yağışları Sən bir ömür xalçasının ən gözəl naxışları Sən mənə əbədi bahar olan bir ömür bağışladın Bilirdim, yoxsan, olmamısan heç Hər səhər yollarında boşdur axtarışlarım Bir xəyalı sevmişəm: nə o qızıl saçlar olub Nə mavi gözlər, nə də ki yağış qadın Uzağın da bir adı var, bu dünyanın yaxşı, pisi Doğması var, həm yadı var İllər ötdü, keçdi, durnalar da köçdü, getdi Bax, Bakını sevmək kimi idi vurulmaq bir qadına Dərdlərindən ilham alıb saçlarına qarışmaq Ağrısını sevmək onun, acılarına alışmaq Xatirələr gülümsədir, ağladır, üzür hərdən Yağışlı yollarda axtarır səni gözüm hərdən Bahar da gəldi, keçdi Bilirsən noyabrı, səngimir heç yağışlar Gözüm yol çəkir yenə, piyadalar, maşınlar Getdiyim o yolda bitmədi axtarışlar Mən ipək saçına toxunmağa belə qıymaz ikən Aç qızıl şanələrini, indi külək sığallasan Arxasınca bir şeir yazdırır hər çıxıb gedən Bir qadın tap ki mənə, anamdan çox ağlasın Barışmadım, yoxluğunla barışmadım Ağrılara alışdım da, yoxluğuna alışmadım Sənlə ağlamadıq heç, gülmədik, danışmadıq Bakının küləklərinə qarışmadıq Baxışların, hüzn dolu baxışların Dəniz gözlərindən axan soyuq payız yağışları Sən bir ömür xalçasının ən gözəl naxışları Sən mənə əbədi bahar olan bir ömür bağışladın Bilirdim, yoxsan, olmamısan heç Hər səhər yollarında boşdur axtarışlarım Bir xəyalı sevmişəm: nə o qızıl saçlar olub Nə o mavi gözlər, nə də ki yağış qadın Barışmadım, yoxluğunla barışmadım Ağrılara alışdım da, yoxluğuna alışmadım Sənlə ağlamadıq heç, gülmədik, danışmadıq Bakının küləklərinə qarışmadıq Baxışların, hüzn dolu baxışların Dəniz gözlərindən axan soyuq payız yağışları Sən bir ömür xalçasının ən gözəl naxışları Sən mənə əbədi bahar olan bir ömür bağışladın Bilirdim, yoxsan, olmamısan heç Hər səhər yollarında boşdur axtarışlarım Bir xəyalı sevmişəm: nə o qızıl saçlar olub Nə o mavi gözlər, nə də ki yağış qadın
Writer(s): Ja, Javid Amirkhanli Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out