Lyrics

Zəncirləri qır, parçala, ver Ovuclarımda metal yonum Mən havada vurulan o təyyarə Partladılan qatar yolu Qandal qolum, vandal dolu solum Sinəm işgəncə medalyonu Yenilməz Azərbaycan ordusu Əfsanəvi Gəncə batalyonu Səsim çatır İrəvana gur Yana-yana vur Dişə-diş, qana-qan, kəllə-kəlləyə Qanı qana vur Yan-yana dur Elə bir ordusan ki Addım atanda yer silkələnir Yana-yana vur Elə bir ordusan ki Vuranda göy üzü ildırıma bələnir Vur, komandir, elə vur ki Ərşə qalxsın Şuşanın üstündə tüstülər Vur, komandir, şanlı silahınla Düşsün alovlar düşmənin büstünə Mən elə bir Qartalam ki Bir qanadımı 92-də qırdılar mənim Mən hələ də çırpıram yaralı qanadlarımı Şəhid məzarlarının üstünə Düz 30 ildir qan yaddaşı Bəsdir, gözümə qan gəldi Mən Füzuli, Laçın, Kəlbəcər, Şuşa Qaracalı, Xankəndi Qan dəydi dişimə bir dəfə Bu dəfə yox geriyə yol Dərəyə doldur leşləri, bu torpağa yol qur Vur Üstümdə barıt, əlimdə qan Hər iki ovcum qırdır mənim İradəm Dəmir qapı Dərbənd, mərmi və qəlpə Dəli ruhum hərbə hazırdır mənim Millət, vətənəm, yurdam mən Yazıram tarixi buradan mən Ey Vətən, səmalarında Qartal Torpağında qurdam mən Bərkəm mən, ürkür bəşər kölgəmdən Evimdir səngərlər, ruhumda yatır sərkərdə İllərdir, tərkəm mən Ana yurdumdan tərkəm mən Salam, dar ağacı Hüzurundayam Altaylardan Həmən o Türkəm mən Dünya "dön" desə belə, dönmə, vur! Cihana qarşı öndə dur Basdığın hər döngə yurd Arxanda bütün ölkə, vur! Dünya "dön" desə belə, dönmə, vur! Cihana qarşı öndə dur Basdığın hər döngə yurd Arxanda bütün ölkə, vur!
Writer(s): Javid Amirkhanli Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out