Lyrics

Xeyli yol getmişəm, sonra arxama dönmüşəm
Baxıb fikirləşmişəm, bir xeyli düşünmüşəm
Mən bu baxışları elə bil nə vaxtsa görmüşəm
Tapa bilmirəm, amma haradansa tanış gəlirsən
Gözlərim doldu, nədənsə çatıldı qaşlarım
Səbəbsiz həyəcanlanmağa birdən başladım
Tutub qucaqlamaq istədi səni göz yaşlarım
Bəlkə də, yad getmisən, indi tanış gəlirsən
(Tanış gəlirsən)
Harada görmüşəm səni
Dönüb olmuşam dəli
Unuda bilməmişəm üzünü
Haradansa tanış gəlirsən
Sənə dönmüşəm gəlib
Görüb olmuşam dəli
Bəlkə getdiyin yolları
İndi qarış gəlirsən
Harada görmüşəm səni
Dönüb olmuşam dəli
Unuda bilməmişəm üzünü
Haradansa tanış gəlirsən
Sənə dönmüşəm gəlib
Görüb olmuşam dəli
Bəlkə getdiyin yolları
İndi qarış gəlirsən
Bəlkə də, çarə olmağa gəlmisən dərdimə
Hər kəsin olmuşam son zamanlar dərdi mən
Dəniztək coşub çağlayan dərdli qəlbimə
Quraqlıq salıb, gedib indi yağış gəlirsən
Bir az qorxa-qorxa olsa da, yanına yanaşdım
Tərəddüd etdim, toxundum əlinə təlaşlı
Bu darmadağın, alt-üst olmuş, savaşlı
Həyatıma barış gətirirsənsə, xoş gəlirsən
Harada görmüşəm səni
Dönüb olmuşam dəli
Unuda bilməmişəm üzünü
Haradansa tanış gəlirsən
Sənə dönmüşəm gəlib
Görüb olmuşam dəli
Bəlkə getdiyin yolları
İndi qarış gəlirsən
Harada görmüşəm səni
Dönüb olmuşam dəli
Unuda bilməmişəm üzünü
Haradansa tanış gəlirsən
Sənə dönmüşəm gəlib
Görüb olmuşam dəli
Bəlkə getdiyin yolları
İndi qarış gəlirsən
Written by: Məhəmməd Isgəndərov
instagramSharePathic_arrow_out