Similar Songs
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
The Eyl
Künstler:in
ELGÜN NAĞIYEV
Bariton
KOMPOSITION UND LIEDTEXT
ELGÜN NAĞIYEV
Songwriter:in
Lyrics
Gördüm üzündə kədər
Axı bizə olubdur nələr?
Qəlbindən söküb atdın
Bu dərdi necə mən daşıyım belə?
Sənsiz bir günüm olmaz
Dərdimi özgəsi, bilirəm, sarmaz
Sən bizi unudub getdin
Səbəbini demədin, nə olub bitdi?
Özgə qəlbə bir yolun açılıb
Vurulan zərbəmi ara açır?
Unutmaram onu əsla, demisən
Sevən sevdiyinə yara açmır
Bilirəm, səndəki sevgi deyil ki
Natamam birisən, eyni deyil
Yarımcan oldum səndən sonra
Yenidən axı mən necə sevim?
Heç nə deyil əvvəlki kimi
Yerini doldurarmı yad biri?
Sevgi əvəz edərmi heç kini?
Bunları sevənlərmi düz bilir?
İncidir ürəyimi buz baxışın
Zəifləyir axı qəlb atışım
Tək sevgim, tək dostumsan
Bəs dərdimi kimə danışım?
Heç nə deyil əvvəlki kimi
Yerini doldurarmı yad biri?
Sevgi əvəz edərmi heç kini?
Bunları sevənlərmi düz bilir?
İncidir ürəyimi buz baxışın
Zəifləyir axı qəlb atışım
Tək sevgim, tək dostumsan
Bəs dərdimi kimə danışım?
Darıxdıqca sənə bağlanıram
Sənin hər sözünə də aldanıram
Sənin o sadə, məsum baxışını
Çək üzərimdən, yalvarıram
Sevgidə bəhanə olmaz
Sevən sevdiyinə yara belə açmaz
Getməyə cəsarət olmaz
Qürur saxlayıb qəlbini qırmaz
Eşq yaşadır, hərdən öldürür
Eşq ara-sıra üzünü güldürür
Eşq insanı qəlbən öldürər
Amma səni, çətin ki, həyata döndürər
Dəyər verən yenə mən oldum
Gedən tərəf amma sən oldun
Çox istədin, azdan oldun
Dəyər bilməz insan oldun
(Heç nə deyil əvvəlki kimi)
(Yerini doldurarmı yad biri?)
(Sevgi əvəz edərmi heç kini?)
(Bunları sevənlərmi düz bilir?)
(İncidir ürəyimi buz baxışın)
(Zəifləyir axı qəlb atışım)
(Tək sevgim, tək dostumsan)
(Bəs dərdimi kimə danışım?)
Heç nə deyil əvvəlki kimi
Yerini doldurarmı yad biri?
Sevgi əvəz edərmi heç kini?
Bunları sevənlərmi düz bilir?
İncidir ürəyimi buz baxışın
Zəifləyir axı qəlb atışım
Tək sevgim, tək dostumsan
Bəs dərdimi kimə danışım?
Written by: ELGÜN NAĞIYEV