Music Video

Kənan Qədimov — Qayıt Gəl (Rəsmi Musiqi Videosu)
Watch Kənan Qədimov — Qayıt Gəl (Rəsmi Musiqi Videosu) on YouTube

Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Kənan Qədimov
Kənan Qədimov
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Kənan Qədimov
Kənan Qədimov
Songwriter:in
Adil Rakidi
Adil Rakidi
Songwriter:in

Lyrics

Gəl gülüm, könül yaram
Sağaldaram aram-aram
Tək istəyin gəlmək ola
Dağı yerindən oynadaram
Gəl, mənim canım-gözüm
Arım, balım, şirin sözüm
Ya hə denən, ya yox denən
Ya əl çəkim, ya da dözüm
Zaman məni, saat məni
Yaman sıxır həyat məni
Boş-boşuna səsləmirəm
Çox şeyi mən istəmirəm
Gülüm ya sev, ucalt məni
Ya öldür, ya yaşat məni
Düzünü desən, incimərəm
Bir daha təkrar demərəm
Gəl gülüm, könül yaram
Sağaldaram aram-aram
Tək istəyin gəlmək ola
Dağı yerindən oynadaram
Gəl, mənim canım-gözüm
Arım, balım, şirin sözüm
Ya hə denən, ya yox denən
Ya əl çəkim, ya da dözüm
O hal məni, bu hal məni
Edibdir halbahal məni
Ömrüm, günüm, ayım, ilim
Sızıldaram ilim-ilim
Fikir məni, xəyal məni
Gəl ki, etməyə lal məni
Bir söz de ki, mən də bilim
Susma belə, nazlı gülüm
Gəl gülüm, könül yaram
Sağaldaram aram-aram
Tək istəyin gəlmək ola
Dağı yerindən oynadaram
Gəl, mənim canım-gözüm
Arım, balım, şirin sözüm
Ya hə denən, ya yox denən
Ya əl çəkim, ya da dözüm
Gəl, məni qopar
Fikir dolu günümdən, sualların əlindən
Gəl, məni apar
Düşüncələr önündən, xəyalların əlindən
Gəl gülüm, könül yaram
Sağaldaram aram-aram
Tək istəyin gəlmək ola
Dağı yerindən oynadaram
Gəl, mənim canım-gözüm
Arım, balım, şirin sözüm
Ya hə denən, ya yox denən
Ya əl çəkim, ya da dözüm
Gəl gülüm, könül yaram
Sağaldaram aram-aram
Tək istəyin gəlmək ola
Dağı yerindən oynadaram
Gəl, mənim canım-gözüm
Arım, balım, şirin sözüm
Ya hə denən, ya yox denən
Ya əl çəkim, ya da dözüm
Written by: Adil Rakidi, Kənan Qədimov
instagramSharePathic_arrow_out