Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Mc B.U.S
Mc B.U.S
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Baqir Babayev
Baqir Babayev
Komponist:in
Baba Suleymanli
Baba Suleymanli
Songwriter:in
Orxan Tağıyev
Orxan Tağıyev
Songwriter:in

Lyrics

Gözün görürsə hər şeyi Amma danışa bilmirsə dilin Demək ki, layiqsən olduğun yerə Demək ki, layiqsən ora Dövrün şairiyəm, küçələrdən yazan kəsəm Doğru danışıramsa, sözümü ancaq Azan kəsər Dilimin sərtliyini, sözümün kəsərliyini Qələmimin itiliyini, istəyərsə, yazan kəsər Boş-boş fikirlərlə keçirdirik hər saatı Bir boğaz çörək üçün gecə-gündüz tər, su axır Elə bir gündəyik ki, heç bir şeyə vaxt çatmır Tanrıya əl qalxır, insana əl çatmır Dövran elə gəlib ki, kin-nifrət dibə dirənib Bəzən hər bir şeyi rədd eləyib, yazmalısan Əvvəl ölülər susub, dirilər danışardı İndi ölmək üçün danış, yaşamağa susmalısan Ekranda həyasız, Tv-ə çıxan heç kim Doğru danışa bilmir, amma qeybət bilir Məktəbdə şagirdin təhsil alması üçün indi Qiymət vermir müəllim, qiymət deyir Baş o qədər qarışıb ki, kim harada, kim neynəyir Sosialda şərh yazırıq axmaq kimi Bir az yaltaq kimi, bir az da qorxaq kimi O qədər saxtayıq ki, çökmüş yola yamaq kimi Gözün görürsə hər şeyi Amma danışa bilmirsə dilin Demək ki, layiqsən olduğun yerə Demək ki, layiqsən ora Biz "gangster" deyilik, qatilik, qətl edirik qələmlə Hamının qisməti eyni, başda və sonda bələnmək Vaxtı öldürmək istəyirik, hamımızın çıxır axırına Kim gözləyir o tərəfi, kim xoşbəxt buranın çaxırına Nəvələrə deyəcəyik, oğru bağırar, doğru qaçardı Nədənsə yaxşı işləri filankəsin oğlu bacardı Sözünə öyrəşib qulaq, bu, qorxu saçardı Hər qıfılı açan açar yaxşı deyil, oğru açardır Hər gün bəhsəbəhs, qonşudan qalma dala Təzə "iPhone" çıxdı, görən, kreditə harada var a? Dosta da var badalaq, uşaqlıqdan arvad alaq Sözün eşidən özünə ağ deyəcək, qadına qara Həyat bir film bax, kimimiz ağ, kimi ayaqaltı kilim da Yenə də giriftar isək bu günümüzə, günahı, denən, kimindir ha Düzəldəkmi bunu, ya ölək yamaq kimi ha? Gözün görürsə hər şeyi Amma danışa bilmirsə dilin Demək ki, layiqsən olduğun yerə Demək ki, layiqsən ora
Writer(s): Orkhan Tagiyev, Baba Suleymanli, Bagir Babayev Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out