Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Gülüstan Əliyeva
Gülüstan Əliyeva
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Elza Ibrahimova
Elza Ibrahimova
Komponist:in
Yusif Hesenbey
Yusif Hesenbey
Songwriter:in

Lyrics

Nəğməlidir həmən çinar
Ay nurunda çimən çinar
Kölgəsində izimiz var
Nəğməsində səsimiz var
Nəğməlidir bulaq başı
Hər damlası - üzük qaşı
Saf aynadır təmiz sular
Orada qoşa şəklimiz var
Saf aynadır təmiz sular
Orada qoşa şəklimiz var
Bulaq küsər, susar birdən
Nəğməsini kəsər çinar
Eşqimizdən küsər birdən
Küsər bulaq, küsər çinar
Susar bulaq, susar birdən
Nəğməsini kəsər çinar
Eşqimizdən küsər birdən
Küsər bulaq, küsər çinar
Çinar, bulaq "gəl-gəl" deyir
Ah, nə gözəl, gözəl deyir
Sən bir nəğmə, mən bir nəğmə
Hicran özü batsın qəmə
Sevgimizə nəğmə deyək
Sən bir nəğmə, mən bir nəğmə
Car eyləsin çinar, bulaq
Eşqimizi bu aləmə
Car eləsin çinar, bulaq
Eşqimizi bu aləmə
Bulaq küsər, susar birdən
Nəğməsini kəsər çinar
Eşqimizdən küsər birdən
Küsər bulaq, küsər çinar
Bulaq susar, küsər birdən
Nəğməsini kəsər çinar
Eşqimizdən küsər birdən
Küsər bulaq, küsər çinar
Sevgimizə nəğmə qoşaq
Sən bir nəğmə, mən bir nəğmə
Sən bir nəğmə, mən bir nəğmə
Written by: Elza Ibrahimova, Yusif Hesenbey
instagramSharePathic_arrow_out