Lyrics

Gecə-gündüz qəlbimdəsən
Gülərüzlü, mehriban
Aylar, illər dilimdəsən
Gəl, gəl, mən sənə qurban
Vəfalı ol məhəbbətə, məhəbbətə
Düz ilqara, sədaqətə, sədaqətə
Sirdaş olaq səadətə, səadətə
Mənim yarım, mənim yarım, mənim yarım
Gəl, hardasan, yar?
Ey gülüzar
Hardasan, yar?
Gəl, hardasan, yar?
Ey gülüzar
Hardasan, yar?
Hardasan, yar?
Hardasan, yar?
Hardasan, yar?
Qaragözlüm, gülərüzlüm
Sənsən mənim sevgilim
Alyanaqlım, şux baxışlım
Tez gəl, mənim sevgilim
Vəfalı ol məhəbbətə, məhəbbətə
Düz ilqara, sədaqətə, sədaqətə
Sirdaş olaq səadətə, səadətə
Mənim yarım, mənim yarım, mənim yarım
Gəl, hardasan, yar?
Ey gülüzar
Hardasan, yar?
Gəl, hardasan, yar?
Ey gülüzar
Hardasan, yar?
Hardasan, yar?
Hardasan, yar?
Hardasan, yar?
Dedim: "Ey gül, incimə, bütün işlərindən halıyam"
Dedi: "Məndə nə var ki? Günəş kimi ziyalıyam, aman"
Dedim: "Çox aşiq olub, həsrət heyran üzünə
Ay aman, ay aman, ay aman"
Dedim: "Çox aşiq olub, həsrət heyran üzünə"
Dedi: "Fəxrimdir, bəli, bu ellərin maralıyam"
Dedim: "Hər yerdə vəfa edir sənin söhbətini"
Dedi: "Sultanım odur", Dedi: "Sultanım odur"
"Təkcə ona vəfalıyam, vəfalıyam, vəfalıyam"
Hardasan, yar?
Ey gülüzar
Hardasan, yar?
Gəl, hardasan, yar?
Ey gülüzar
Hardasan, yar?
Hardasan, yar?
Hardasan, yar?
Hardasan, yar?
Hardasan, yar?
Hardasan, yar?
Written by: Novruz Feyzullayev
instagramSharePathic_arrow_out