Similar Songs
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Hikmet Aslanov
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Hikmet Aslanov
Songwriter:in
Niyaməddin Musayev
Songwriter:in
Lyrics
Sən mənimçün bir nəğməsən
Ömrüm boyu oxuyacam
Gülüşünü ilmək-ilmək
Pıçıl-pıçıl toxuyacam
Mən sənin üçün bir röyayam
Röyalara sən batasan
Röyalara sən batasan
Bəlkə, gülüm, röyalarda
Dərdi-qəmi unudasan
Dərdi-qəmi unudasan
Bahar yurda gələndə, gələndə, gələndə
Lalə bitər çəməndə, çəməndə, çəməndə
Görüşərik səninlə, səninlə, səninlə
Qaranquşlar gələndə, gələndə, gələndə
Bahar yurda gələndə, gələndə, gələndə
Lalə bitər çəməndə, çəməndə, çəməndə
Görüşərik səninlə, səninlə, səninlə
Qaranquşlar gələndə, gələndə, gələndə
Sən mənimçün bir çiçəksən
Güldanımda saxlayacam
Titrəyib yaş saçlarını
Nəfəsimlə oxşayacam
Mən səninçün bir nağılam
Nağılların sonu şirin
Nağılların sonu şirin
İstəyim yarın olmaq
Sənintək bir dilbərin
Sənintək bir dilbərin
Bahar yurda gələndə, gələndə, gələndə
Lalə bitər çəməndə, çəməndə, çəməndə
Görüşərik səninlə, səninlə, səninlə
Qaranquşlar gələndə, gələndə, gələndə
Bahar yurda gələndə, gələndə, gələndə
Lalə bitər çəməndə, çəməndə, çəməndə
Görüşərik səninlə, səninlə, səninlə
Qaranquşlar gələndə, gələndə, gələndə
Görüşərik səninlə, səninlə, səninlə
Qaranquşlar gələndə, gələndə, gələndə
Baş alıb gedir xəyal
Ürək susub, olub lal
Qarşımda durub sual
Gülüm, harada qalmısan?
Baş alıb gedir xəyal
Ürək susub, olub lal
Qarşımda durub sual
Gülüm, harada qalmısan?
Tumurcuqlar göyərir
Elimizə bahar gəlir
Qəlb hicranla kövrəlir
Gülüm, harada qalmısan?
Tumurcuqlar göyərir
Elimizə bahar gəlir
Qəlb hicranla kövrəlir
Gülüm, harada qalmısan?
Göy üzü narın-narın
Əridib dağın qarın
O məsum baxışların
Gülüm, harada qalmısan?
Göy üzü narın-narın
Əridib dağın qarın
O məsum baxışların
Gülüm, harada qalmısan?
Ayrılığa yox dözümüm
Ay mənim iki gözüm
Bal kimi şirin sözüm
Gülüm, harada qalmısan?
Ayrılığa yox dözümüm
Ay mənim iki gözüm
Bal kimi şirin sözüm
Gülüm, harada qalmısan?
Tumurcuqlar göyərir
Elimizə bahar gəlir
Qəlb hicranla kövrəlir
Gülüm, harada qalmısan?
Tumurcuqlar göyərir
Elimizə bahar gəlir
Qəlb hicranla kövrəlir
Gülüm, harada qalmısan?
Göy üzü narın-narın
Əridib dağın qarın
O məsum baxışların
Gülüm, harada qalmısan?
Göy üzü narın-narın
Əridib dağın qarın
O məsum baxışların
Gülüm, harada qalmısan?
Göy üzü narın-narın
Əridib dağın qarın
O məsum baxışların
Gülüm, harada qalmısan?
Göy üzü narın-narın
Əridib dağın qarın
O məsum baxışların
Gülüm, harada qalmısan?
Yarandıq biz bir gündə
Sevişdik biz bir gündə
Ayrıldıq biz bir gündə
Yarandıq biz bir gündə
Sevişdik biz bir gündə
Ayrıldıq biz bir gündə
Neynim, canım, neynim?
Gözüm, neynim, neynim?
Mən neynim?
Neynim, canım, neynim?
Gözüm, neynim, neynim?
Mən neynim?
Səni mən çox sevmişəm
Qəlbimdə gəzdirmişəm
Ürəyimi vermişəm
Səni mən çox sevmişəm
Qəlbimdə gəzdirmişəm
Ürəyimi vermişəm
Neynim, canım, neynim?
Gözüm, neynim, neynim?
Mən neynim?
Neynim, canım, neynim?
Gözüm, neynim, neynim?
Mən neynim?
Gözlərin aladır, yar
Bir cüt piyalədir, yar
Dərdimin dərmanıdır
Başıma bəladır, yar
Gözlərin aladır, yar
Bir cüt piyalədir, yar
Dərdimin dərmanıdır
Başıma bəladır, yar
Gözlərini süzmə, gəl
Ürəyimi üzmə, gəl
Səndən yaxın kimim var?
Məndən tez-tez küsmə, gəl
Gözlərini süzmə, gəl
Ürəyimi üzmə, gəl
Səndən yaxın kimim var?
Məndən tez-tez küsmə, gəl
Təzə bahar gülümsən
İstəkli sevgilimsən
Dodaqların qönçədir
Qoy açılsın, gülümsə
Təzə bahar gülümsən
İstəkli sevgilimsən
Dodaqların qönçədir
Qoy açılsın, gülümsə
Gözlərini süzmə, gəl
Ürəyimi üzmə, gəl
Səndən yaxın kimim var?
Məndən tez-tez küsmə, gəl
Gözlərini süzmə, gəl
Ürəyimi üzmə, gəl
Səndən yaxın kimim var?
Məndən tez-tez küsmə, gəl
Məndən tez-tez küsmə, gəl
Məndən tez-tez küsmə, gəl
Written by: Hikmet Aslanov, Niyaməddin Musayev