Lyrics

Arzumuz, əhdimiz, andımız, adımız vətən
Ay aman, aman, ey
Vətənə, torpağa canımız fəda
Vətəndən şirin şey yoxdur dünyada
Uçuşa hazırıq, əmr et, komandan
Vətənin uğrunda keçərik candan
Vətənə, torpağa canımız fəda
Vətəndən şirin şey yoxdur dünyada
Uçuşa hazırıq, əmr et, komandan
Vətənin uğrunda keçərik candan
Milli şahinlərik, göylər oğluyuq
Torpağa bağlıyıq, yerə bağlıyıq
Arzumuz, əhdimiz, andımız vətən
İlkimiz, sonumuz, adımız vətən
Arzumuz, əhdimiz, andımız vətən
İlkimiz, sonumuz, adımız vətən
Həyatın mənası vətənə xidmət
Bayrağa ehtiram, anda sədaqət
Biz şəhid olsaq da, vətən var olsun
Elimiz, obamız bəxtiyar olsun
Həyatın mənası vətənə xidmət
Bayrağa ehtiram, anda sədaqət
Biz şəhid olsaq da, vətən var olsun
Elimiz, obamız bəxtiyar olsun
Milli şahinlərik, göylər oğluyuq
Torpağa bağlıyıq, yerə bağlıyıq
Arzumuz, əhdimiz, andımız vətən
İlkimiz, sonumuz, adımız vətən
Arzumuz, əhdimiz, andımız vətən
İlkimiz, sonumuz, adımız vətən
Xankəndi, Kəlbəcər, Şuşa intizar
Bizləri gözləyir sönmüş ocaqlar
Salamat qal, ana, əziz sevgilim
Cənnət Qarabağa uçuşumuz var
Written by: Abdulla Qurbani, Azad Zahid
instagramSharePathic_arrow_out