Lyrics

Neçə vaxtdır, görüşmürük
Ayrı düşüb yollarımız
Bəlkə, biz başa düşmürük
Görüşür xəyallarımız
Nəyi ki deyə bilməsək
Ruhumuz danışar bizim
Bir-birini görə bilsək
Yuxumuz qarışar bizim
Bir arzu tut
Bu gecə yum gözlərini
Xəyalına gəlim, gedim
Darıxıram, heç olmasa
Bir üzünü görüm, gedim
Alacağın bu candırsa
Onu sənə verim, gedim
Sən rahat öz ömrünü sür
Mən də rahat ölüm, gedim
Bu gecə yum gözlərini
Xəyalına gəlim, gedim
Darıxıram, heç olmasa
Bir üzünü görüm, gedim
Alacağın bu candırsa
Onu sənə verim, gedim
Sən rahat öz ömrünü sür
Mən də rahat ölüm, gedim
Bir arzu tut
Bir gün əgər mən olmasam
Telinə kim sığal çəkər?
Qorxuram, ayrılanlara
Hamı bizi misal çəkər
Geri dönmədin, qovuşaq
Bir az insafa gəlmədin
Axı demişdin, bir olaq
Sözünü tuta bilmədin
Bir arzu tut
Bu gecə yum gözlərini
Xəyalına gəlim, gedim
Darıxıram, heç olmasa
Bir üzünü görüm, gedim
Alacağın bu candırsa
Onu sənə verim, gedim
Sən rahat öz ömrünü sür
Mən də rahat ölüm, gedim
Bu gecə yum gözlərini
Xəyalına gəlim, gedim
Darıxıram, heç olmasa
Bir üzünü görüm, gedim
Alacağın bu candırsa
Onu sənə verim, gedim
Sən rahat öz ömrünü sür
Mən də rahat ölüm, gedim
Bir arzu tut
Written by: Xəyyam Quliyev
instagramSharePathic_arrow_out