Top Songs By Ədalət Şükürov
Similar Songs
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Ədalət Şükürov
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Müseyib Bədəlov
Songwriter:in
Lyrics
Vurğunuyam dağ-dərənin
Gördüyüm hər mənzərənin
Qarşısında pəncərənin
Dənlənirdi bir ağ göyərçin
Əllərini uzatdıqca
Xoş ünsiyyət yaratdıqca
Su verdikcə, dən atdıqca
Sevinirdi bir ağ göyərçin
Uçdu hara ağ göyərçinim?
Bəxtiqara ağ göyərçinim
Uçdu getdi, qayıtmadı
Qayıtmadı ağ göyərçinim
Könlüm onu unutmadı
O, könlümü ovutmadı
Uçdu getdi, qayıtmadı
Qayıtmadı ağ göyərçinim
Gözəlliyi harasında?
Gözlərinin qarasında
Buludların arasında
Gizlənirdi bir ağ göyərçin
Uzaqdan atmasaydılar daş
Gözlərində olardımı yaş?
Bu sevgiyə yavaş-yavaş
Öyrənirdi bir ağ göyərçin
Uçdu hara ağ göyərçinim?
Bəxtiqara ağ göyərçinim
Uçdu getdi, qayıtmadı
Qayıtmadı ağ göyərçinim
Könlüm onu unutmadı
O, könlümü ovutmadı
Uçdu getdi, qayıtmadı
Qayıtmadı ağ göyərçinim
Uçdu hara ağ göyərçinim?
Bəxtiqara ağ göyərçinim
Uçdu getdi, qayıtmadı
Qayıtmadı ağ göyərçinim
Könlüm onu unutmadı
O, könlümü ovutmadı
Uçdu getdi, qayıtmadı
Qayıtmadı ağ göyərçinim
Writer(s): Müseyib Bədəlov
Lyrics powered by www.musixmatch.com