Similar Songs
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Sabir Qafarlı
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Sabir Qafarlı
Songwriter:in
Lyrics
Bir xatirə qaldı səndən
Gözümdə yaş, saçımda dən
Gecələr zülmətə döndü
Nə günüm gün o gedəndən
Axı getdin, nə dəyişdi?
Sənə kimlər nə demişdi?
Mən ki dönmədim sözümdən
Bilə bilmərəm, bu nə işdi
Mən ki dönmədim sözümdən
Bilə bilmərəm, bu nə işdi
O son rəsim də qalmış əlimdə
Gələcəksənsə, verim, istəmirəm mən
Nə vaxtsa bir gün bağışlamaq üçün
Məni axtarma, daha gözləmirəm mən
O son rəsim də qalmış əlimdə
Gələcəksənsə, verim, istəmirəm mən
Nə vaxtsa bir gün bağışlamaq üçün
Məni axtarma, daha gözləmirəm mən
Daha bezmiş, daha küskün
Daha məyus, daha üzgün
Nə gələn var, nə gedən var
Nə soran var, "Necə dözdün?"
Tutaraq özgə əlindən
Qarşıma çıxırsan hərdən
Sənə rast olmamaq üçün
Gedirəm mən bu şəhərdən
Sənə rast olmamaq üçün
Gedirəm mən bu şəhərdən
O son rəsim də qalmış əlimdə
Gələcəksənsə, verim, istəmirəm mən
Nə vaxtsa bir gün bağışlamaq üçün
Məni axtarma, daha gözləmirəm mən
O son rəsim də qalmış əlimdə
Gələcəksənsə, verim, istəmirəm mən
Nə vaxtsa bir gün bağışlamaq üçün
Məni axtarma, daha gözləmirəm mən
Written by: Sabir Qafarlı