Lyrics

Dinləmək istəmirəm
Gecənin yorulub yenə bəstəsi
Yetər, yetər
İnildəmək istəmirəm
Ürəyin duyulur yenə zil səsi
Yetər, yetər
“Ağlama, yetər”, - dedim
Yenə nəmli gözlərimə
Səni görməsin
Utanar ki eşqimizin yerinə
Heç soraqlama
Atar bu sevgini özgə əllərinə
Tükənir gücüm
Yenə son dəfə söz verirəm
Qəlbimi büsbütün yandıran kəsim
Sevgimi yellərə yolduran kəsim
Səndən əl çəkirəm, səndən əl çəkirəm
Gəl toxun da, gör ki, mən nələr çəkirəm
Qəlbimi büsbütün yandıran kəsim
Sevgimi yellərə yolduran kəsim
Səndən əl çəkirəm, səndən əl çəkirəm
Gəl toxun da, gör ki, mən nələr çəkirəm
Gəl toxun da, gör ki, mən nələr çəkirəm
Səndən əl çəkirəm
“Ağlama, yetər”, - dedim
Yenə nəmli gözlərimə
Səni görməsin
Utanar ki eşqimizin yerinə
Heç soraqlama
Atar bu sevgini özgə əllərinə
Tükənir gücüm
Yenə son dəfə söz verirəm
Qəlbimi büsbütün yandıran kəsim
Sevgimi yellərə yolduran kəsim
Səndən əl çəkirəm, səndən əl çəkirəm
Gəl toxun da, gör ki, mən nələr çəkirəm
Qəlbimi büsbütün yandıran kəsim
Sevgimi yellərə yolduran kəsim
Səndən əl çəkirəm, səndən əl çəkirəm
Gəl toxun da, gör ki, mən nələr çəkirəm
Gəl toxun da, gör ki, mən nələr çəkirəm
Gəl toxun da, gör ki, mən nələr çəkirəm
Written by: Azər Şirinov, Tarlan Mammadhuseynov
instagramSharePathic_arrow_out