Similar Songs
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Damla
Altistin
KOMPOSITION UND LIEDTEXT
Məsumə Məmmədova
Songwriter:in
Elçin Məhərrəmov
Songwriter:in
Arif Selimov
Songwriter:in
PRODUKTION UND TECHNIK
Nadir Karimov
Produzent:in
Lyrics
Pərişan halıma ortaq olanım
Bütün dərdlərimə dərman olanım
Mənim ürəyimdə məskən salanım
Yoxdur səndən başqa içdən yananım
Ey dost
Mənim yuxularıma yol göstərənim
Kimsə sənin qədər dəyər vermədi
Sən getdin qalmadı heç bir təsəllim
Rəsmindən alıram ətrini indi
Ey dost
İstəsəydin dünyanın axırına gedərdim
İstəsəydin canımı sənə fəda edərdim
Gücüm yetdiyi qədər çalışdım, vuruşdum mən
Bir zamanı, bir səni dayandıra bilmədim
Can dostum indi sən göydəsən mən isə yerdə
Can dostum dünyanın dərdini böldük bir yerdə
Can dostum ağladıq bir yerdə, güldük bir yerdə
İndi yoxluğuna mən necə dözüm
Doğmalar içində ən doğma kəsim
Olmazsa olmazım, döyünən nəbzim
Cismin çıxıb gedər bəlkə də dostum
Ruhun mənimlədir, bu mənim bəsim
Ey dost
İstəsəydin dünyanın axırına gedərdim
İstəsəydin canımı sənə fəda edərdim
Gücüm yetdiyi qədər çalışdım, vuruşdum mən
Bir zamanı, bir səni dayandıra bilmədim
Can dostum indi sən göydəsən mən isə yerdə
Can dostum dünyanın dərdini böldük bir yerdə
Can dostum ağladıq bir yerdə, güldük bir yerdə
İndi yoxluğuna mən necə dözüm
Can dostum indi sən göydəsən mən isə yerdə
Can dostum dünyanın dərdini böldük bir yerdə
Can dostum ağladıq bir yerdə, güldük bir yerdə
İndi yoxluğuna mən necə dözüm
Written by: Arif Selimov, Elçin Məhərrəmov, Məsumə Məmmədova