Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
NM Qrupu
NM Qrupu
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Natiq Qəzənfəroğlu
Komponist:in
Baba Vəziroğlu
Songwriter:in

Lyrics

-Salam, Elnur -Nə var, nə yox? -Sağlığın. Sən necəsən? -Belə də -Haradan gəlirsən? -Özüm də bilmirəm -Qanın niyə qaradı e? -Heç sənin də qanın qırmızı deyil -Mən heç, mən bəlaya düşmüşəm -De görüm, sənə nə olub? -Mənim də dərdim danışılası deyil, Anar -Aa başqasını sevir? -Eh, sevsəydi dərd yarıydı -Heç kəsi sevmir -Nə məni, nə də başqasını -Nə bilirsən? -Özü belə deyir -Mənə bax özü çox şey deyir -Bir də ki, abırlı qız sevdiyini boynuna almaz ki -Bəs mən yazıq haradan bilim? Fal açdırım? -Eeh, sən də! Fal niyə? -Bir az özün həssas ol da -Anar, bilirsən, deyir ki, inanmıram sənə -Əşi, deyir deyir də. -Elə elə ki, inansın -Yaxşı. Fərhad kimi qaya çapım -Yoxsa Məcnun kimi çöllərə düşüm, nə məsləhət görürsən? -Dayan bir az fikirləşim -Görüm sənə nə məsləhət verim? -Sən onun gözlərinə bax, gözlər yalan danışmaz -Eh, onu şairlər uydurub -Elnur, sən də qəribə söz danışırsan e! -Şairlər də bizim kimi adamdır da -Onlar da seviblər, seviliblər -Eh, mənim dərdim bütün Yazıçılar İttifaqı yığışıb yazsa -Qurtaran deyil -Yazıçılar İttifaqı demişkən, nə oldu, cavab yazdı sənə? -Yox, zəng eləmişdi -Aha, nə deyir? -Səsi soyuq idi, buz kimi -Səsinin temperaturunu soruşmuram e, nə dediyini soruşuram -Əşi, salam-kalam eləmişdik ki, əlaqə kəsildi -Bəs təkrar zəng eləmədin? -Elədim, telefonu bağlı idi -Hə, indi nə fikirləşirsən? -Ə, nə fikirləşəcəm ki? -Səsi sopsoyuq idi buz kimi -Hə, axır vaxtlar yerin atmosfer qatında ciddi proseslər gedir -Bununla əlaqədar iqlim -Dayan görüm e, sən də -Atmosferin bura nə dəxli var? -Heç, elə-belə. Sözdür də deyirəm -Darıxma, hər şey yaxşı olacaq -Sən də darıxma -Nə var, nə yox? -Sağlığın -Ayrı nə var, nə yox? -Salamatçılıqdır
Writer(s): Baba Vəziroğlu, Natiq Qəzənfəroğlu Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out