Music Video

Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Aygün Kazımova
Aygün Kazımova
Leadgesang
Namiq Qaraçuxurlu
Namiq Qaraçuxurlu
Leadgesang
KOMPOSITION UND LIEDTEXT
Namiq Qaraçuxurlu
Namiq Qaraçuxurlu
Songwriter:in
Eldar Mansurov
Eldar Mansurov
Songwriter:in
PRODUKTION UND TECHNIK
Eldar Mansurov
Eldar Mansurov
Produzent:in

Lyrics

Bu nə cür eşq odudur ki, bürüyübdür canımı
Özümü atəşə saldım sevib Aygün xanımı
O da sanki, aya bənzər, günə bənzər bir adam
Ona məncə vurular, aşiq olar hər bir adam
O da sanki, aya bənzər, günə bənzər bir adam
Ona məncə vurular, aşiq olar hər bir adam
Səninlə ki, görüşmüşəm
Ah, nə yaman dəyişmişəm
Mən də bu eşqə düşmüşəm
Mən də sevirəm
Səninlə ki, görüşmüşəm
Ah, nə yaman dəyişmişəm
Mən də bu eşqə düşmüşəm
Mən də sevirəm, mən sevirəm
Məni sevsəndə yenə mən daha artıq yanıram
Sənə kim eşqini elan eləyir, qısqanıram
Öz əlin dəysə sənə, qısqanıram əllərini
Mənə qalsa deyərəm, tökmə üzə tellərini
Nə günah sahibiyəm ki, axı az danla məni
Məni el sevsə də, yalnız səninəm anla məni
Hövsələdən çıxma belə
Qəlbini heç sıxma belə
Şübhə ilə baxma belə
Mən də sevirəm
Hövsələdən çıxma belə
Qəlbini heç sıxma belə
Şübhə ilə baxma belə
Mən də sevirəm, mən sevirəm
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə bütün dünyanı
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə dünyanı
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə dünyanı
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə dünyanı
Nəcə isbat eləyərsən mənə məhəbbətini
Eliyərsənmi, desəm tərk elə öz sənətini
O zaman da ürəyim rahat olar dincələrəm
Səni bu sevgidə öz yarına sadiq bilərəm
O zaman da ürəyim rahat olar dincələrəm
Səni bu sevgidə öz yarına sadiq bilərəm
Dərk elə öz söhbətini, gəl unut bu niyyətini
Sən sevirsən sənətini, mən də sevirəm
Dərk elə öz söhbətini, gəl unut bu niyyətini
Sən sevirsən sənətini, mən də sevirəm, mən sevirəm
Elədirsə qoşulaq bir-birinə ad eləyək
Sən oxu məndə deyim, bir təzə icad eləyək
Ola gerçək və həyata keçə bu xülyamız
Həmi sənət yaşasın, həm də bizim sevdamız
Var idi məndə də çoxdan belə bir arzu, dilək
Yaradaq mahnı qoyaq biz adını "Sevdi Ürək"
Qoy eşitsin bütün cahan, bu doğrudur deyil yalan
Yarım məni sevir yaman, mən də sevirəm
Qoy eşitsin bütün cahan, bu doğrudur deyil yalan
Yarım məni sevir yaman, mən də sevirəm, mən sevirəm
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə bütün dünyanı
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə dünyanı
Written by: Eldar Mansurov, Namiq Qaraçuxurlu
instagramSharePathic_arrow_out