Lyrics

İlahi şahid ol özün mən ağlıram balam gülür Yavaş-yavaş yumur gözün mən ağlıram balam gülür Atıbdı Hərmələ oxun kamanı saldı çiyninə Əlimdə bənzədi balam yaralı bir göyərçinə Salar ölüncə bu yara Rubabi qəm kəməndinə Anası öldürür özün mən ağlıram balam gülür Çəkib anası altı ay bu nazidanə nazını Gətirdi Kərbəlaya ta ala öz imtiyazını Necə açar qəmatini necə öpər boğazını Desəm çətindir ox sözün mən ağlıram balam gülür Mən oğlumu gətirmişəm nigarıma fəda edəm Gərək əzizimin qanın göyə səpəm dua edəm Ki ta tamami aləmi bu eşqə aşina edəm Deyəm bəlalara dözün mən ağlıram balam gülür Nə su veribdi Hərmələ nə də tərəhhüm eylədi Çəməndə bağibanilən gülü təcəssüm eylədi Eşitdi Fatimə səsin balam təbəssüm eylədi Behiştə döndərib üzün mən ağlıram balam gülür Mən ağlıram bu illətə anası müntəzir qalıb Balam gülür buna görə behiştdən ətrini alıb Hərəm quşu qanad çalıb qolunu boynuma salıb Görübdür eşq möcüzün mən ağlıram balam gülür Kəlami tikmədi gözün cahanda şer ümidinə Balası getdi yaralı şehidi eşq dininə Özü gözünü bağladı kəfən biçib Səidinə Dedi balamdan əl üzün mən ağlıram balam gülür
Written by: Seyyid Taleh Boradigahi
instagramSharePathic_arrow_out