Music Video

Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Eldar Mansurov
Eldar Mansurov
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Eldar Mansurov
Eldar Mansurov
Komponist:in
Elçin Iskəndərzadə
Songwriter:in

Lyrics

Yenidən sevməyi öyrənim deyə
Təzədən dünyaya gəlmək istərəm
Bu dünya səninlə gözəldir, gülüm
Dünyanın sirrini bilmək istərəm
Yenidən sevməyi öyrənim deyə
Təzədən dünyaya gəlmək istərəm
Bu dünya səninlə gözəldir, gülüm
Dünyanın sirrini bilmək istərəm
Özümü yandırır qüssə, qəm-kədər
Elə bil ilğımdır bu tale-qədər
Təzədən dünyaya gəlsəm bu səhər
Dünyanı səninlə bölmək istərəm
Gözümü yandırır qüssə, qəm-kədər
Elə bil ilğımdır bu tale-qədər
Təzədən dünyaya gəlsəm bu səhər
Dünyanı səninlə bölmək istərəm
Ürəyimdə kaman titrəyir yenə
Gözəlim, nə yaman titrəyir yenə
Sən bir təsəlli ver bu gecə mənə
Sənin göz yaşını silmək istərəm
Ürəyimdə kaman titrəyir yenə
Gözəlim, nə yaman titrəyir yenə
Sən bir təsəlli ver bu gecə mənə
Sənin göz yaşını silmək istərəm
Gözümü yandırır qüssə, qəm-kədər
Elə bil ilğımdır bu tale-qədər
Təzədən dünyaya gəlsəm bir səhər
Dünyanı səninlə bölmək istərəm
Gözümü yandırır qüssə, qəm-kədər
Elə bil ilğımdır bu tale-qədər
Təzədən dünyaya gəlsəm bir səhər
Dünyanı səninlə bölmək istərəm
Gözümü yandırır qüssə, qəm-kədər
Elə bil ilğımdır bu tale-qədər
Təzədən dünyaya gəlsəm bir səhər
Dünyanı səninlə bölmək istərəm
Dünyanı səninlə bölmək istərəm
Dünyanı səninlə bölmək istərəm
Written by: Eldar Mansurov, Elçin Iskəndərzadə
instagramSharePathic_arrow_out