Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Miri Yusif
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Miryusif Mirbabayev
Songwriter:in
Emin Kerimi
Arrangeur:in
PRODUKTION UND TECHNIK
Miri Yusif
Produzent:in
Lyrics
Əlini uzat, yox, əlimi burax
Gözünü bağla, sən ürəyinlə bax
Qucaqla, ağla, yadında saxla
Qovuşsun dodaqlar və göylə dağlar
Nağıla qonaq gedək bir öpüşlə
Bir addım irəli, bir addım geriyə
Bu sanki rəqs, uçuruq səninlə
Ümidlə irəli, xəyallar geridə
Rəsmini görəndə, ismini duyanda
Sürətlənir nəbzim
Bu deyil sevgi, bu deyil vərdiş
Bu artıq həyatın tərzi
Sevincim səninlə, kədərin içində
Yox edir səbrim
Ol mənim yanımda daim
Məsafə tükədir səbri
Hər an sən və mən, hər yan mən və sən
Dəyişmir hisslər, dəyişsəm də mən
Ayrılmaz olur ləpələr dənizdə
Barışan olur külək sevgimizlə
Bərk tut sən, qorxma, güc var biləkdə
Qollarım qoruyar səni küləkdən
Görüşmüşəm bu gün bir mələklə
Qanadları salıb kürəyimizə fələklə
Rəsmini görəndə, ismini duyanda
Sürətlənir nəbzim
Bu deyil sevgi, bu deyil vərdiş
Bu artıq həyatın tərzi
Sevincim səninlə, kədərin içində
Yox edir səbrim
Ol mənim yanımda daim
Məsafə tükədir səbri
Gecə yaddaşında sən gizlədin
Qucağımın otağındasan, yatmısan
Sakitliyin sədası bizlədir
Çağırır səni rüzgar, oyanmırsan
Writer(s): Miryusif Mirbabayev
Lyrics powered by www.musixmatch.com