Top Songs By Abbas Bağırov
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Abbas Bağırov
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Imruzə Hüseynova
Songwriter:in
Eldar Məmmədov
Arrangeur:in
PRODUKTION UND TECHNIK
Abbas Bağırov
Produzent:in
Lyrics
Ömrün hər ilinə bir ümman dedim
Niyə uzaq saldı bu illər bizi?
Bir az sən geciksən, mən tələsəydim
Bəlkə ayırmazdı bu illər bizi
Yaxın bir sevginin uzaq nidası
Ürəyi şimşəktək odlayıb keçir
Ayrı sahillərin eyni dalğası
Doğma qəlbimizdən odlayıb keçir
Gecə şirin-şirin mürgüləyəndə
Seyr edər ay səni, kəhkəşan səni
Mən səhər küləyə "əsmə" deyəndə
Kim isə oyadar yuxudan səni
Keçirsən, quş olub qanadlanıram
Amma ucalmağa üfüq çatmayır
Səni mələklərə mələk sanıram
O isə qanuni bir arvad sayır
Qoşa keçərsiniz, yaxın gəlmərəm
Mən yoxam yanında, nə zaman o var
Gözümü qaldırıb baxa bilmərəm
O isə istəsə, əl də qaldırar
Baxar, qibtə eyləmir sizi hər görən
Ya dinər yer ilə səma da birgə
Birgə döyünməyən ürəklər görən
Necə addımlayır dünyada birgə?
Gecikmiş arzular aşıb-daşanda
Baxaram, könlümdən al qanlar axar
Qanunsuz bir nigah qanunlaşanda
Qanuni məhəbbət kənardan baxar
Written by: Imruzə Hüseynova